İdarəetmə heyəti ilə tədbirimizdən bəzi məqamlar

Bu yaxınlarda şirkətin idarəetmə heyəti ilə iclas keçirdik və orada daxili biznes proseslərimizi necə təkmilləşdirəcəyimizi müzakirə etdik. Regionun qabaqcıl İT şirkəti olaraq biznes proseslərinin daha səmərəli çalışmasına hər zaman diqqət yetiririk. Tədbirin digər mühüm mövzusu şirkətimizin rəqəmsal transformasiyası prosesi oldu. Müasir dünyada rəqabətə davamlı və hər zaman öndə olmaq üçün mütamadi olaraq texnologiyalarımızı təkmilləşdiririk. Fəlsəfəmiz daim “Ən yaxşı” olmaqdır. Görüş hər kəs üçün ideyaları bölüşmək və şirkətimizi rəqəmsal dövrdə komanda şəklində daha da yüksəklərə qaldırmaq üçün əla fürsət oldu.