Müasir məlumat mərkəzlərinin iş fəaliyyəti bulud hesablama (cloud computing), əşyaların interneti (internet of things), böyük data (big data) və s. bu kimi amillər və anlayışlardan asılı olaraq dəyişə bilər. Məlumat mərkəzlərinin səmərəli, etibarlı və istifadədə çevik olması üçün onların infrastrukturu istənilən şəraitdə sabit fəaliyyət göstərməlidir. Bunun üçün məlumat mərkəzi aşağıdakı əsas tələblərə cavab verməlidir:

  • mühəndis alt sistemlərinin paralel fəaliyyəti;
  • ehtiyat soyutma sistemi;
  • ehtiyat enerji təminatı sistemi;
  • ehtiyat telekommunikasiya infrastrukturu.

BestComp Group müasir standartlara cavab verən məlumat mərkəzlərinin qurulması istiqamətində peşəkardır. Şirkətin bu sahə üzrə Uptime Institute, Schneider Electric, HPE, Cisco, Juniper tərəfindən sertifikatlaşmış mütəxəssisləri vardır. Şirkət Azərbaycanda bir neçə məlumat mərkəzinin qurulmasında fəal iştirak etmiş, əsas icraçı və podratçı olmuşdur.

BestComp Group sizə aşağıdakı xidmətləri ən üstün səviyyədə təqdim edərək, data mərkəzi sahəsində sizin etibar edə biləcəyiniz tərəfdaşınız ola bilər:

  • data mərkəzinin dəyərləndirilməsi;
  • data mərkəzinin quraşdırılması;
  • dizayn (layihələndirmə və sxemləşdirmə daxil);
  • sahənin havalandırılması və soyudulması;
  • elektrik təminatı və fasiləsiz enerji təchizatı;
  • layihənin tam təhvil verilməsi;
  • önləyici tədbirlər;
  • təcili dəstək xidməti;
  • yerdəyişmə prosesinin həyata keçirilməsi.