6 dekabr - Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı gününü qeyd etdik

6 Dekabr - Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı günüdür. 1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Peşə bayramı Respublika Prezidenti cənab İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. 

Biz də bu bayram münasibətilə müxtəlif sahələrdən olan dəyərli sifarişçilərimizi bir araya gətirərək rahat atmosferdə əyləncəli axşam keçirməyə dəvət etdik. Tədbirdə qurduğumuz güclü əlaqələr və rabitə və informasiya texnologiyaları sahəsində əldə etdiyimiz uğurlar vurğulandı.  Fürsətdən istifadə edərək, uğurumuza əhəmiyyətli təsir göstərmiş zəhmətsevər komandamıza və loyal sifarişçilərimizə bir daha təşəkkürümüzü bildirdik.