Bestcomp Group Infoblox şirkətinin rəsmi biznes tərəfdaşı oldu

Bestcomp Group şəbəkə infrastrukturu və təhlükəsizliyin avtomatlaşdırılması üçün həllərin aparıcı istehsalçısı olan Infoblox-un biznes tərəfdaşı oldu. Bu tərəfdaşlıq bizə şəbəkə infrastrukturunu və təhlükəsizlik tədbirlərini gücləndirmək, eyni zamanda  dəyərli sifarişçilərimiz üçün iş əməliyyatlarını sadələşdirmək imkanı verir.

Infoblox ilə birlikdə biz getdikcə rəqəmsallaşan dünyada etibarlı şəbəkə infrastrukturu və təkmilləşdirilmiş kibertəhlükəsizlik təmin edən bizneslər üçün transformasiya həlləri təqdim edəcəyik.