BestComp Group istənilən mürəkkəblikdə layihələrin kompleks həllini və açar təslimini həyata keçirmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Şirkət həm texniki tapşırığı hazır şəkildə təqdim olunan layihələrin icrasını həyata keçirir, həm də müştərinin tələbləri əsasında layihələri sıfırdan başlayaraq İT və telekommunikasiya, data mərkəzləri, şəbəkə avadanlığı, proqram təminatı, həmçinin, KET (kəsintisiz enerji təchizatı) və soyutma sistemləri daxil olmaqla kompleks həllər təqdim edir.

Dövlət və özəl sektorlarda, sənayenin istənilən sahəsində (telekom, səhiyyə, maliyyə və bank sistemi, neft və qaz, mədəniyyət və təhsil və s.) uğurla yerinə yetirilmiş və yüksək qiymətə layiq görülmüş yüzlərlə layihə siyahısı vardır. Tier III səviyyəli regional data mərkəzinin (məlumat mərkəzi) konseptual dizaynının hazırlanması, data mərkəzlərinin İT infrastrukturunun vəziyyətinin monitorinqi üzrə mərkəzin yaradılması, mobil operatorlar üçün Data Traffic Management System-in yaradılması, mobil operator istifadəçiləri üçün Internet idarəetmə sisteminin quraşdırılması, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin əsas və ehtiyat mərkəzləri üçün İT avadanlığının təchizatı, quraşdırılması və proqram təminatı ilə təchiz olunması kimi yüzlərlə kompleks layihələri misal göstərmək olar. Azərbaycanda keçirilmiş bir sıra yüksək səviyyəli və dövlət əhəmiyyətli tədbirlərdə güclü və stabil enerji şəbəkəsinin qurulması və KET həllinin qurulması şirkətin dəstək və konsultasiyası nəticəsində çox yüksək səviyyədə icra olunmuşdu.

Bundan əlavə, BestСomp Group fəaliyyətində sosial təyinatlı layihələrə də yer verir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, HP və  Microsoft şirkəti ilə birlikdə “Xalq kompüteri” adlanan və ilkin mərhələdə bütün orta və ali məktəb müəllimlərini, sonra isə digər dövlət müəssisələrində çalışanları əhatə etmiş layihə çərçivəsində 30 000-ə qədər vətəndaş aşağı qiymətlərlə kompüter avadanlığı və lisenziyalı proqram təminatı almaqla layihədən faydalana bilmişdir.