İoMMS Dövlət Miqrasiya Komitəsinin qeydlərini dəstəkləyən, eləcə də Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşməsi və fəaliyyəti ilə bağlı monitorinq və ciddi nəzarəti həyata keçirən texniki alət və mexanizmdir.  Proqram təminatı BestComp Group şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üçün işlənib hazırlanmışdır. Bu proqram vasitəsilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə daxil olan andan etibarən, onların yerləşdiyi ünvanları və fəaliyyətlərini diqqətdə saxlayaraq nəzarət etməyə imkan verir.

Sistemin əsas məqsədlərinə daxildir:

  • Miqrasiya prosesləri haqqında geniş və düzgün məlumatların təqdim edilməsi;
  • Sənəd dövriyyəsinin avtomatlaşdırılması;
  • Yoxlamalar, sorğular və təhlillə bağlı işlərin avtomatlaşdırılması.

Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.