BestComp Group-da Hewlett Packard Enterprise, Hewlett Packard Incorporated, Acer, Lenovo, Eaton, APC by Schneider Electric, Tripplite, ARTronic şirkətlərinin rəsmi servis mərkəzi fəaliyyət göstərir. Servis mərkəzində avadanlıqların həm zəmanət, həm də zəmanətdən sonrakı dövründə təmiri xidmətləri göstərilir. Görülən işlər zamanı yalnız istehsalçı tərəfindən təchiz edilən orijinal ehtiyat hissələrindən istifadə olunur. Servis mərkəzinin mütəxəssisləri mütəmadi olaraq əməkdaşlıq etdikləri istehsalçılar tərəfindən təşkil edilən ixtisaslaşmış təlimlərə qatılaraq testlərdən keçir, sertifikatlar alırlar.

  • Rəsmi servis tərəfdaşlarımız:

Hewlett Packard Enterprise, Hewlett Packard Incorporated, Acer, Lenovo, Eaton, Apc by Schneider Electric, Tripplite, ARTronic, Trimble, Lexmark.

  • Göstərdiyimiz diaqnostika və təchizat xidmətləri:

Sistem diaqnostikası və xətaların həll edilməsi, məlumatların bərpa edilməsi, sistemin təmizlənməsi, yenilənməsi və sazlanması, virusdan müdafiə, təhlükənin müəyyənləşdirilməsi və ləğv edilməsi və s.

  • Təmir xidmətləri:

HDD, RAM, LCD displey və s. kimi hissələrdə nasazlıqların aradan qaldırılması və ya original ehtiyat hissələri ilə yenisi ilə əvəzlənməsi.

  • Təkmilləşdirmə və kompyuter hissələri:

Yaddaşın artırılması və gücləndirilməsi, sərt disklərin gücləndirilməsi, xüsusi hissələrin (modem, şəbəkə kartları, WiFi, video kartları) əlavə edilməsi, sazlanması və ayarlanması, stolüstü kompyuterlərdə sistem platasının və prosessorun quraşdırılması və ayarlanması, IDE və SATA daşıyıcıları üçün kabel və bəndlərin quraşdırılması və s. bir çox servis xidmətləri həyata keçirilir.

BestComp Group servis mərkəzləri həftədə 6 gün, gündə 9 saat sizin xidmətinizdədir.

HPE, HP, Acer, Lenovo, Lexmark tərəfindən avtorizə olunmuş Servis Mərkəzi:

Ünvan: Feyzulla Qasım-zadə küç. 47X; Bakı, Azərbaycan
Telefon: (+99412) 541 5757

APC by Schneider Electric, Eaton, Tripp Lite, ARTronic, Trimble üçün Servis Mərkəzi:

Ünvan: Aşıq Alı küç. 2a; Bakı, Azərbaycan
Telefon: (+99412) 541 4747
Faks:     (+99412) 493 4161

Layihə müştəriləri üçün Servis Mərkəzi:

Ünvan: Aşıq Alı küç. 2a; Bakı, Azərbaycan
Telefon: (+99412) 541 4747