Bir sıra modulu özündə ehtiva edən və asanlıqla müxtəlif tələbatlara uyğunlaşdırıla bilən “bProIns” sistemi BestComp Group tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçün hazırlanmışdır. Bu sistem sığorta şirkətlərindən hesabatların əldə edilməsini, onların lisenziyalarının tənzimlənməsini, sığorta şirkətində məlumatların idarəetmə sistemini və prosesləri əhatə edən hər bir aspektin təkmilləşməsini təmin edir və bununla da kargüzarlıq işlərinin həcminin azalması üçün zəmin yaradır.

Tamamilə veb əsaslı texnologiyası üzərində qurulmuş platforma müasir İT həlləri daha sərfəli, sürətli və çevik halda istifadə etməyə imkan verir. Dövlət portalı https://sns.maliyye.gov.az/ ünvanına göndərilən bütün məlumatlar sistem tərəfindən təhlil edilir və inteqrasiya edilmiş statistik modul geniş analitik, statistik və idarəetmə informasiya bazasının yaranmasını təmin edir. Microsoft Office Excel formatında təqdim edilən hesabatlara yoxlamalar haqqında ətraflı məlumatları, effektivlik haqqında hesabatlar daxildir. Sistemin sadəliyi bütün sığorta iştirakçılarının bu cür mühüm məlumatlardan rahatlıqla istifadə etməyə imkanlar təqdim edir.

Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.