“bProLib” – E-Kitabxana platforması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası üçün BestComp Group şirkəti tərəfindən hazırlanmış və tətbiq edilmiş Elektron Kitabxana Sistemidir.

Proqram təminatına inteqrasiya edilmiş inzibati modul, qeydiyyat modulu, kitabxana modulu, oxu-zalı modulu, E-kitab yaradan modul, hesabat modulu istifadə üçün çox faydalı alətlərdir. Proqramın sadəliyi sayəsində siz kataloqların yaradılmasını, məlumatların işarələnməsini, kitabların qeydiyyatını və axtarışını asanlıqla həyata keçirəcəksiniz. Yunikodun (Unicode) tam şəkildə tətbiqi çoxdilli və çoxşaxəli kataloqlarda müxtəlif mətnlərin yerləşməsini mümkün edir. İstifadəçilər özlərinə ən rahat dildə (Azərbaycan, ingilis, rus) məlumat ala bilirlər.

bProLib proqramı nəhəng həcmli məlumatı və kataloqları idarə edə biləcək, çox az xərc tələb edən çevik və ağıllı vasitədir. Bu sistem ənənəvi kitabxana xidmətlərini güclü müasir idarəetmə mexanizmləri ilə inteqrasiya edərək böyük kataloqların avtomatlaşdırılması və idarəetmə imkanlarını genişləndirir. Bununla da kitabxanalar məlumatların aşkar edilməsində və çatdırılmasında yaranan çətinliklərin öhdəsindən asanlıqla gəlirlər. bProLib proqram təminatı hər bir müxtəlif institutların istəyinə görə tənzimlənə və quraşdırıla bilər. Təklif edilən texniki imkanlar kiçik bir məktəb kitabxanasından tutmuş, ölkəmiqyaslı milli kitabxanaların tələbatlarını ödəməyə qadirdir. Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.