Girişi idarəetmə və nəzarət sistemləri

Müasir dövrdə mövcud olan təhlükəsizlik sistemlərindən biri də – girişi idarəetmə və nəzarət sistemidir. Sistemin əsas məqsədi kənar şəxslərin otaqlara və yaxud da mühafizə olunan zonalara icazəsiz daxil olmasının qarşısının alınmasıdır. Bu növ sistemlərin quraşdırılması sahəsində böyük təcrübəyə malik olan BestComp Group şirkəti insanların, binaların, sahələrin və müxtəlif tikililərin təhlükəsizliyini təmin edəcək kompleks nəzarət buraxılış həlləri təqdim edir. Şirkətin təklif etdiyi sistemlərə binalar üçün hazırlanmış sadə elektron açarlardan başlayaraq xüsusi mühafizəyə ehtiyacı olan məlumat mərkəzinin server bazasına tətbiq edilən çətin mexanizmli blok açarlar daxildir.

Həllərin bəzilərinin siyahısı:

  • Biometrik texnologiyalar – İnsanların barmaq izi vasitəsilə tanınması və müvafiq əraziyə yaxud tikiliyə daxil olmasına icazənin təmin edilməsi;
  • Üstün səviyyəli təhlükəsizlik – Giriş məhdudiyyəti olan sahələrin qorunması. İstənilən miqyaslı müəssisələr üçün nəzarət buraxılış sistemlərinin təklifi;
  • Video yoxlama – Vizual tanıma və video təhlil vasitəsi ilə yalnız özəl icazəsi olan əməkdaşların xüsusi qoruma altında olan sahələrə daxil olması;
  • Mobil buraxılış – smartfon, planşet kimi mobil cihazlar vasitəsilə müvafiq sahəyə daxil olma imkanı.

Bu sistemləri tətbiq etməklə, istənilən müəssisə və təşkilat öz ərazisində və binalarında keçid-buraxılış prosesinə asanlıqla nəzarət edə bilər. Bununla da yaranmış boşluqları aşkar edərək güclü təhlükəsizlik şəraiti qura bilər. İnteqrasiya edilmiş məlumatlandırma sistemi buraxılış-nəzarət qaydalarının pozulmasına yol açan xətaların qarşısını asanlıqla almaq üçün təhlükəsizlik əməkdaşlarına geniş imkanlar və şərait yaradır. Kənar şəxslərin icazəsiz girişi, kənar müdaxilə cəhdləri yaxud yanlış istifadəçi adı ilə daxil olma təşəbbüsləri kimi pozuntular aşkar ediləndə, intellektual sistem real vaxt rejimində ani bildirişlər göndərir. Bundan əlavə həlləri tətbiq etməklə, hər bir qapalı məkan, sahə və ərazi üzrə icazəli buraxılış və daxil olmalar haqqında geniş və ətraflı məlumat əldə edə bilərsiniz.

Video müşahidə sistemi

Video müşahidə sistemi təhlükəsizliyin təmin edilməsi üçün ən əsas və effektiv vasitələrdən biridir. Hazırda təhlükəsizlik sistemlərini bütün gün boyunca fasiləsiz davam edən video müşahidəsiz təsəvvür etmək qeyri-mümkündür. Video müşahidə sistemləri mühafizə olunan sahələrə günün istənilən vaxtı fasiləsiz nəzarət, nəzarət olunan zonalarda hərəkətin aşkar edilməsi, məlumatın hadisə üzrə yığılması, qeydə alınan məlumatın avtomatik şəkildə müəyyən edilməsi və arxivlə müqayisə edilməsi kimi məsələləri həll edir.

BestComp Group şirkətinin VMS üzrə mütəxəssisləri sifarişçi üçün onun biznes fəaliyyətini təhlil edərək və funksionallığını nəzərə alaraq, tələbatlarını ödəyəcək ən uyğun vasitələri seçib, müxtəlif mürəkkəblikdə layihələndirılməsini, quraşdırılma və servisini həyata keçirir. Video müşahidə sistemlərinin tərkib elementləri kimi ən müasir kameralar, monitorinq sistemləri, proqram təminatı istifadə olunmaqdadır.

Şirkət miqyası genişlənə və kiçilə bilən, həmçinin keyfiyyətli təsvirlərin əldə edilməsi üçün aşağı-zolaqlı keçid imkanları ilə yüksək dəqiqliyi olan CCTV kameraları ilə təchiz edilmiş intellektual müşahidə həlləri təqdim edir.

BestComp Group bütün adıçəkilən xidmətləri etibarlı kommunikasiya şəbəkəsi əsasında fibro-optik və LAN naqilləri ilə yanaşı, simsiz rabitə və digər müasir texnologiyalar üzərindən, uzaqdan nəzarət və video görüntülərin yazılışını, həmçinin bulud həllər daxil olmaqla, müvafiq tələblər və mövcud infrastrukturun vəziyyətinə uyğun olaraq həllər təklif edir.