Məlumat mərkəzinin və server otaqlarının iqlim şəraiti digər mühüm faktorlar kimi çox böyük əhəmiyyət kəsb edir. Cihazları isinmədən irəli gələn zədədən qorumaq üçün temperatura və rütubətə nəzarət etmək çox vacibdir. Soyutma sistemində müasir nailiyyətləri və yeni texnologiyaları tətbiq edərək, cihazlarınızın etibarlı şəkildə və ən effektiv surətdə çalışmasını təmin edə bilərsiniz. BestComp Group soyutma sistemi qurulacaq məkanın təyinatından asılı olaraq soyutma sistemlərinin layihələndirilməsi, təklifi, avadanlıqlarının satışını və quraşdırılması işlərini həyata keçirir.