BestComp Group fəaliyyəti dövründə onlarla mükafat və diplomlarla təltif edilmişdir. Bunların arasında aşağıdakılar xüsusilə qürurvericidir:

Bestcomp Group şirkəti regionda İT sferasının inkişafına verdiyi töhfələrə görə “2021-ci ilin İnformasiya Texnologiyaları şirkəti” mükafatına layiq görülüb;

Bestcomp Group “Eurovision Azerbaijan” mahnı müsabiqәsinin hazırlıq işlәrinә verdiyi töhfәyә görә Nəqliyyat, Rabitә vә İnformasiya Texnologiyaları Nazirliyi tәrәfindәn fәxri diplomla təltif olunub;

“HP-nin 2017-ci il tərəfdaşı”, Cənubi Şərqi Avropanın 24 ölkəsi arasında “Growth Award” mükafatına layiq görülüb; Çikaqo, ABŞ

Bestcomp Group-un məhsulu olan “AZEMİS” Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən təşkil edilən “Məhkəmə Nəbzi İdarəetmə İnqilabı” (Court Pulse the Management Revolution) adlı təşəbbüs üçün “Ədalət Mühakiməsinin Billur Tərəzisi 2017” (Crystal Scales of Justice Prize 2017) mükafatına layiq görülüb; Edinburq, Şotlandiya;

“Hewlett Packard Enterprise” şirkəti tərəfindən “The Best Partner of 2017“ mükafatına layiq görülüb;

“Caspian Event Organizers” şirkəti tərəfindən “Bakutel 2017” sərgi-konfransında “Ən yaxşı şirkət təqdimatı” mükafatı ilə təltif olunub;

Caspian Event Organizers şirkəti tərəfindən “Bakutel 2019” sərgi-konfransında “Ən Parlaq Stend” mükafatı ilə təltif olunub;

Cisco şirkəti tərəfindən “Azərbaycanda İlin Partnyor Şirkəti – 2019” mükafatına layiq görülüb. Las Veqas, ABŞ;

“MDB-də Təhlükəsizlik həlləri üzrə 2020-ci ilin Partnyor Şirkəti” mükafatına layiq görülüb