Pulların təcili olaraq göndərilməsi üçün yaradılmış “bProTrs” proqram təminatı sizinlə pul köçürmələri ilə məşğul olan subyektlər arasında, əsas vacib amil olan, sürətli əlaqə yaradır. Bu sahədə sürət çox əhəmiyyətlidir, çünki birbaşa olaraq biznesinizin inkişaf templərinə və böyüməsinə təsir edə bilər.

BestComp Group şirkətinin başlıca yanaşması təcili pul köçürmələri seqmentində bütün tərəflərin maraqlarını yüksək səviyyədə ödəyəcək funksiya və müvafiq idarəetmə təqdim etməkdir. bProTrs proqramında həmçinin sizin bazara çıxış və distribusiya strategiyanıza uyğun əlavə parametrlər mövcuddur. Bu istiqamətdə təklif etdiyimiz texnologiya öz sadəliyi və istifadədə asanlığı ilə seçilir. Bazar iştirakçılarının hər birinin maraqlarına uyğun həlləri özündə ehtiva edərək biznesinizin fəaliyyətini daim nəzarətdə saxlamağa və istiqamətlərini genişləndirməyə imkanlar yaradır.

Geniş funksionallığı ilə seçilən İnzibati, Əməliyyat, Maliyyə, Servislər modullarının vahid platformada sistemə inteqrasiya edilməsi sizə aşağıdakı fürsətləri təqdim edir:

  • Geniş analitik məlumatların və inzibati hesabatların tam ətraflı öyrənilməsi;
  • Sürətli hesablamaların həyata keçirilməsi;
  • İnzibati nəzarətin aktivləşdirilməsi;
  • Pulun köçürülməsi barədə müştəriləri SMS vasitəsi ilə məlumatlandırılması.

Bizim proqram təminatı asanlıqla sizin mövcud sisteminizə də inteqrasiya edilə bilər. Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.