Şirkət haqqında
1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır. BestComp Group öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirir.
Ətraflı

Həllər və Xidmətlər
Fəaliyyət göstərdiyimiz sahədə ən yaxşı olmağın məsuliyyətini dərk edirik və bunun üçün həyata keçirdiyimiz hər bir layihədə yenilikçi ideyaları reallığa çevirərək, müştərilərimizin məmnunluğunu təmin etməyə çalışırıq.
Müştəri Rəyi
BestComp Group şirkətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı sayəsində Səhiyyə Nazirliyi üçün böhranlı sistemin dayanma müddətini ən maksimal həddə azalda bildik və bütöv infrastrukturu növbəti günə tam bərpa etdik. Biz BestComp Group ilə uzunmüddətli səmərəli və peşəkar münasibətlərimizə yüksək dəyər veririk və ümid edirik ki, bizim qarşılıqlı tərəfdaşlığımız uzunömürlü olacaq.
2010-cu ildən etibarən biz BestComp Group şirkəti ilə UPS-lərin (fasiləsiz enerji mənbələri) layihələndirilməsi, quraşdırılması, işlədilməsi və texniki dəstəyin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Uzun illərdir ki, məhz BestComp Group şirkəti əsas dövlət qurumlarında UPS sistemlərini müvəffəqiyyətlə yerləşməsini və işə salınmasını təmin etmişdir. Bir əlamətdar hadisəni xüsusilə qeyd etmək istərdik; Azərbaycanda ən güclü UPS sistemini (13x400 kVA) Crystal Hall və Briefing Center üçün BestComp Group şirkəti quraşdırmışdır.
Texnoloji Tərəfdaşlıq
Resurslar
Xəbərlər
Xəbərlər
Bestcomp Group azad olunmuş ərazilərdəki məktəblər üçün 1000 ədəd kompüter ianə etdi
İyulun 13-də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “Bestcomp Group” QSC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.
Xəbərlər
Azərbaycanın İT şirkəti “Bestcomp Group”-un xaricdəki uğurları
Azərbaycanın informasiya texnologiyaları sektorunun aparıcı İT şirkəti “Bestcomp Group” 2020-ci ildə Tacikistan Maliyyə Nazirliyi üçün...
Xəbərlər
Bestcomp Group şirkətinin nümayəndələri Elektron Hökumət üzrə İcra Qrupunun görüşündə iştirak edib
16 mart 2022-ci il tarixində Şamaxı rayonunda Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib.