Elektron sənəd dövriyyəsi sistemi istifadə edildiyi təşkilatlarda, sənədlərin hazırlanması, izlənilməsi, saxlanılması, əldə olunması, göndərilməsi proseslərində istifadə olunan resursları minimuma endirir və bu sahələrdə böyük qənaətlər əldə etməyə imkan yaradır. Təşkilatın proses və sənədləri ilə bağlı standartların əmələ gəlməsi üçün infrastruktur hazırlayır. bProDoc, kağız üzərində olan sənədləri elektron sənəd halına çevirmək, sənədlərin təyin olunan iş axarları ilə dövriyyəsini təmin etmək , bu sənədləri verilənlər bazasında etibarlı bir şəkildə saxlamaq, sənəd və məlumat mənbələrindən sürətli və effektiv şəkildə istifadə olunması üçün hazırlanmışdır.

bProdoc təmin etdiyi vasitələrlə və sənəd şablonlarının istifadəsi ilə, sənəd hazırlamaq üçün sərf olunan müddəti minimuma endirir. Sənədlərin zamanında doğru şəxslərə və ən qısa yolla çatdırılmasını təmin edir. Dövriyyə prosesində tıxanan və gecikən nöqtələr nəzarət modulu ilə izlənilə bilir. Sənədlərin elektron formada saxlanılması ilə fiziki arxivləşmə xərclərini azaldır, fəlakət və digər risklərə qarşı sənədlərin təhlükəsizliyini təmin edir. Sənədlərin istifadəsi əsnasında səlahiyyətlərə görə asan və yerində əldə olunmasını təmin edir. Müxtəlif axtarış meyarları ilə sənədlərin əldə olunması asanlaşır və eyni sənədin birdən çox nöqtədən eyni anda əldə olunması lazım gəldikdə surət çıxarma xərci meydana gəlmir. Sənədlərin göndərilməsi və dövriyyəsindəki təsdiq mexanizmləri təyin oluna bilir və çoxünvanlı göndərmələr zamanı sənədin surətinin çıxarılmasına ehtiyac olmur. Beləcə həm dəftərxana ləvazimatı xərci ortadan qalxır, həm də digər xərclər minimuma endirilir.

Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.