BestComp Group şirkətinin müştərilərlə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün yaratdığı universal platformalar müştəri məmnuniyyətilə əlaqəli proseslərin inkişafına və çevikliyinə xidmət edir. Çağrı mərkəzinin fəaliyyətini daim yüksəkdə olmasını təmin etmək üçün bizim müştəri xidmətləri üzrə proqram təminatlarımızı seçin. Bizim proqramlarımız müştərilərlə mərkəzləşdirilmiş rabitəni təmin edərək çeşidli kanallar (çağrı mərkəzinə ənənəvi zənglər, veb-əsaslı xidmət, onlayn mesajlaşma, sosial şəbəkə üzərindən müştəri xidmətləri, avtomatlaşdırılmış cavablandırma prosesləri) vasitəsilə üstün səviyyəli xidmət təqdim etməyi asanlaşdırır. Mərkəzləşdirilmiş platforma müştərilər haqqında ətraflı və spesifik məlumatın rahat əldə edilməsini və çağrı mərkəzinin fəaliyyətinin məhsuldarlığının real vaxt rejimində ölçülməsini təmin edir.