Bestcomp Group Lenovo Partner Platinum statusuna layiq görüldü

 

Bestcomp Group Lenovo İnfrastruktur Həlləri bölümü üzrə ən yüksək Platinum Tərəfdaş statusuna layiq görülüb. Bu status yerinə yetirdiyi layihələrdə və göstərdiyi xidmətlərdə yüksək keyfiyyət standartlarına cavab verən şirkətlərə verilir. Bestcomp Group bu zamana qədər iqtisadiyyatın müxtəlif sektorlarında İT infrastrukturunun qurulması layihələrini uğurla həyata keçirərək, infrastruktur həllərinin yaradılmasında yüksək səviyyəli təcrübə nümayiş etdirmişdir. Platinum statusunu əldə etmək üçün sistem inteqratoru vendorun bütün zəruri şərtlərini, şirkətdə çalışan sertifikatlaşmış mütəxəssislərin olmasından, mürəkkəb layihələrinin həyata keçirilməsinə qədər bütün tələblərini yerinə yetirmişdir.