Dekabrın 17-də “Caspian Energy Club” Yeni il bayram ziyafəti və “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimini keçirib.

Tədbir iştirakçılarını salamlayan klubun sədri və icraçı direktoru Telman Əliyev qeyd etmişdir:  – “Hər bir nominant həm Azərbaycanda, həm də ümumilikdə regionda iqtisadi və sosial layihələrin inkişafına töhfələr verməyə davam edən bütöv həmfikirlər ordusudur. Bu gün “Caspian Business Award” beynəlxalq mükafatı ilə təltif olunanlar, uğurlu layihələr həyata keçirən, dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan dövlət qurumları və özəl şirkətlər ölkədə və regionda iqtisadiyyatın daha sürətli inkişafı üçün mühüm rol oynayır”. T.Əliyev qeyd edib ki, nominantlar “Caspian Energy Club”a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib.

“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət və özəl qurumlarının rəhbərləri, “Caspian Energy Club” un üzv şirkətlərinin menecer və nümayəndələri iştirak ediblər.

Qürur hissi ilə qeyd etmək istərdik ki, həmin tədbirdə Bestcomp Group şirkəti regionda İT sferasının inkişafına verdiyi töhfələrə görə “2021-ci ilin İnformasiya Texnologiyaları şirkəti” mükafatına layiq görülmüşdür.