Bestcomp Group şəhid övladı ilə “Tut əlimdən” layihəsində

          

 

    “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş” Mərkəzinin direktoru, Vətən müharibəsi iştirakçısı, baş leytenant Firudin Cəbrayılov və Şuşa istiqamətində döyüşlərdə şəhid olmuş Rövşən Nurzadənin oğlu Kənan Nurzadə olub. Layihə çərçivəsində tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirir, onların asudə vaxtının mənalı keçməsinə dəstək olur, qayğılarını bölüşür.

                     

    Vətən müharibəsi şəhidlərinin övladlarının təhsilinə və karyera seçimlərinə dəstək məqsədilə və eyni zamanda Kənanın informasiya texnologiyalarına olan marağını nəzərə alaraq, onun IT sahəsi ilə yaxından tanış olması üçün Bestcomp Group şirkətinin baş ofisinə dəvət etdik.  Şirkətin İT direktoru Renat Quliyev və İT mütəxəssisləri Kənanla müasir texnologiyalar barədə söhbət etdi, onu fərdi kompüterin açılıb – yığılma prosesləri və kompüterlərin əsas və əlavə qurğuları ilə tanış etdilər.

Adı çəkilən verilişin video yazısına aşağıdakı link vasitəslə baxa bilərsiniz: https://www.youtube.com/watch?v=q4zcGI1Z4eg