Bestcomp Group Fortinet şirkətinin ən yüksək tərəfdaş statusu olan “Expert” statusunu əldə etdi

 

           

Şirkətimizin yenu uğuru ilə hər kəslə bölüşmək istəyirik. Belə ki, Bestcomp Group təhlükəsizlik seqmentinin dünya liderlərindən olan Fortinet şirkətinin “Expert” statuslu tərəfdaşı oldu.  Onu da qeyd edək ki, Bestcomp Group Fortinet-in Azərbaycanda birinci və yeganə “Expert” statusunu əldə etmiş tərəfdaşıdır.

Şirkət bu statusa Fortinet həllərini istifadə etməklə mürəkkəb inteqrasiya proseslərinn həyata keçirməsi, yüksək səviyyəli sertifikatlaşmış mütəxəssislərin olması, satış həcminin yerinə yetirilməsi, peşəkar dəstək xidmətinin keyfiyyəti, müştəri məmnuniyyəti kimi vendor tərəfindən qoyulan bütün tələblərə cavab verməklə nail olmuşdur.

Bu illər ərzində göstərdiyi davamlı dəstəyə görə sifarişçilərimizə, eləcə də bu mərhələyə çatmaqda əməyi olan hər bir əməkdaşımıza təşəkkür edirik!