BestComp Group hamını karantin qaydalarına riayət etməyə çağırır

 

BestComp ailəsi Covid-19 virusunun yayılmasının qarşısını almaq, hər kəsin sağlamlığını qorumaq məqsədi ilə hamını karantin qaydalarına riayət etməyə çağırır. Biz də #EvdəQal çağırışına qoşuluraraq əməkdaşlarımızın evdə iş başında çəkilən şəkillərini sizinlə paylaşırıq!

İndiki zamanda hər kəsin ehtiyac duyduğu məsafədən işin təşkili, distant təhsil, video-audio konfranslar informasiya texnologiyalarına olan tələbləri daha da artırır. Rəqəmsal həllərimiz və peşəkar komandamız hər zaman sizlərə dəstək verməyə hazırdır. Müştəri məmnuniyyətinin Bestcomp Group-un əsas prinisiplərindən biri olmasını nəzərə alaraq, onlayn rejimdə sizə ən yüksək xidmət səviyyəsini təqdim etməyə çalışırıq.

#EvdəQal amma #İşdənQalma #BizBirlikdəGüclüyük #Bestcomp #SimplytheBest