11 iyun tarixində BestComp Group və Cisco şirkətləri sifarişçilər üçün seminar təşkil etdi

 

Seminar texniki mütəxəssislər və sistem mühəndisləri, eləcə də satış menecerləri üçün təşkil olunmuşdur. Tədbirdə Azərbaycanın dövlət və özəl sektorlarından 30 nümayəndə iştirak etmişdir.

Seminarda Cisco şirkətindən Vladimir İlibman və Pavel Rodionov, BestComp şirkətindən Məmməd Məmmədov tədbir iştirakçılarına mühazirələr etmişlər. Onlar avadanlıqların düzgün mövqeləndirilməsindən, xüsusiyyətlərindən və layihələrdə necə istifadə olunmasından danışıblar.

Müzakirələr və qeyri-rəsmi ünsiyyət zamanı seminar iştirakçıları onları maraqlandıran texniki məsələləri aydınlaşdırmaq imkanı əldə etmişlər.