BestComp Group və VMware “Virtual IT infrastrukturunun qurulması və idarə olunması üçün VMware həlləri” mövzusunda seminar keçirdi

 

13 iyun 2019-cu il tarixində BestComp Group və VMware şirkətləri sifarişçilər üçün “Virtual IT infrastrukturunun qurulması və idarə olunması üçün VMware həlləri” mövzusunda seminar keçirdi.

Seminar iştirakçıları VMware şirkətinə aid həllər portfeli ilə tanış olmaq imkanı əldə etmiş və virtualizasiyanın köməyi ilə şirkətin İT mühititnin davamlılığı və ölçülməsinin təmin etməyi öyrənmişlər. Tədbirin proqramında aşağıdakı mövzular yer almışdır:

– VMware Cloud Fondu Sadə, Çevik və Təhlükəsiz Hybrid Cloud Platformdur;

– Virtuallaşdırma və Şəbəkə Təhlükəsizliyi üçün VMware NSX Data Mərkəzi;

– VMware vRealize Network Insight-ın müştərilərə “çox buludlu” mühitlərdə optimal, yüksək səviyyəli və təhlükəsiz şəbəkə infrastrukturunun qurulmasına köməyi;

Tədbirin sonunda iştirakçılar üçün VMware NSX və Palo Alto Networks həllərinin texniki nümayişi həyata keçirildi.