Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group Cisco-nun sertifikatlaşdırılmış Premyer tərəfdaş statusuna layiq görülmüşdür. Şirkətin Cisco üçün təkcə əsas sahələr olan kommutasiya və marşrutlaşdırma üçün deyil, həm də internet protokolu (İP)-kommunikasiya, şəbəkə təhlükəsizliyi, simsiz şəbəkə və s. sahələr üçün də məhsul və həlləri vardır.  Bestcomp Group şirkəti bu yüksək statusu mütəxəssislərin həm satış, həm də texniki təlimlərin keçməsindən sonra əldə etmişdir.

Bu da öz növbəsində mütəxəssislərinin Cisco-nun proqram təminatının və avadanlığının bazara çıxarılması, texniki dəstəyi, tətbiqi, işlənib hazırlanması sahəsində bacarığını təsdiq edir.