Bestcomp Group-un dəstəyi ilə “Təhsilin İnkişafı Forum”u keçirildi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu təşkilatçılığı və Bestcomp Group QSC-nin Baş sponsorluğu ilə 1 noyabr tarixində "Gülüstan" Sarayında keçirilmişdir!

"Təhsildən tərəqqiyə" devizi ilə baş tutan forum yerli və beynəlxalq moderator və spikerlərin iştirakı ilə "İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” panellərindən ibarət idi. 

Panellərdə təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil, əlavə dəyərin yaradılması və digər mövzulardan bəhs edildi.