Bestcomp Group QSC-nin dəstəyi ilə “Skills Azərbaycan 2023” Milli yarışa qeydiyyat elan olunur

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” təşkilatın əməkdaşlığı və Bestcomp Group QSC-nin dəstəyi ilə “Skills Azərbaycan 2023” Milli yarışa qeydiyyat elan olunur. “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən Milli yarışdır. Bacarıqlar arasında veb texnologiyalar, 3D oyun sənəti, aşpaz, bərbər, zərgər və qaynaq kimi bacarıqlar yer alır.

Fərqli istiqamətlər üzrə keçiriləcək Milli yarışın sonunda seçilmiş uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışında Azərbaycanı təmsil etmək üçün fürsət qazanacaqlar.

“Skills Azərbaycan 2023” Milli yarışlarına son müraciət tarixi 10 Noyabr 2023-cü ildir. İştirakçılar worldskills.az vasitəsilə yarışlara müraciət edə bilərlər.