Bestcomp Group"un nümayəndələri sifarişçilərlə birlikdə Çexiyadakı HPE zavoduna birgə səfər ediblər

Regionun aparıcı sistem inteqratoru və informasiya texnologiyaları sahəsində innovativ həllər təminatçısı olan "Bestcomp Group" tərəfdaşı olduğu "Hewlett Packard Enterprise" (HPE) şirkəti ilə birlikdə Çexiyanın Praqa şəhərində müxtəlif sahələrdən olan 20-dən çox sifarişçi şirkətin İT şöbəsi rəhbərinin iştirak etdiyi tədbir keçirib. Tədbir bilik və təcrübə mübadiləsi, eləcə də Avropanın müxtəlif ofislərindən olan HPE ekspertləri ilə görüş məqsədilə təşkil edilib.

Proqramın maraqlı məqamlarından biri iştirakçıların HPE-nin Kutna Hora şəhərində yerləşən zavoduna səfəri olub. Səfər zamanı iştirakçılar vendorun mürəkkəb avadanlıqlarının istehsal prosesi ilə yaxından tanış olublar. Konstruktiv, maraqlı və maarifləndirici xarakter daşıyan tədbir iştirakçılarda ən xoş xatirələrlə yadda qalıb və onları informasiya texnologiyaları sahəsində yeni inkişaf perspektivləri ilə təmin edib.