Şirkət haqqında

1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise və Aruba şirkətlərinin “Platinum”, HP Incorporated, Palo Alto və Oracle şirkətlərinin “Gold”, Microsoft şirkətinin distribütoru və İrihəcmli Satış üzrə xüsusi tərəfdaşı, Acer, Lenovo, Micro Focus, VMware, Schneider Electric, Eaton, Cisco, Sandvine, Gemalto, HID, F5, Thales, Fortinet və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır. BestComp Group öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirir. Ətraflı

Peşəkarlıq

Biz, İT sahəsində dünyanın ən müasir texnologiyalarını tətbiq etməyi bacaran əsl peşəkar komandayıq. Məhz biz uğurlu biznesin davamlı olmasının təminatçısıyıq.

Keyfiyyət

Ölkəmizin aparıcı şirkətləri bizim keyfiyyətimizə güvənərək, İT və telekom sahələrinin fasiləsiz çalışması üçün bizə etibar edirlər. Siz də onlara qoşulun!

Dəqiqlik

Biz daima hər bir işimizdə sürətli və keyfiyyətli xidmət təqdim edərək müştərilərimizin xüsusi tələblərini qarşılayırıq və hər zaman razılaşmalarımıza sadiqik.

Həllər və Xidmətlər


Fəaliyyət göstərdiyimiz sahədə ən yaxşısı olmağın məsuliyyətini dərk edirik və bunun üçün həyata keçirdiyimiz hər bir layihədə yenilikçi ideyaları reallığa çevirərək müştərilərimizin məmnunluğunu təmin etməyə çalışırıq.
0

Təhvil Verilmiş Layihə

0

Əməkdaş

0

Müştəri

0

Mükafat

Müştəri Rəyi

BestComp Group şirkətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı sayəsində Səhiyyə Nazirliyi üçün böhranlı sistemin dayanma müddətini ən maksimal həddə azalda bildik və bütöv infrastrukturu növbəti günə tam bərpa etdik. Biz BestComp Group ilə uzunmüddətli səmərəli və peşəkar münasibətlərimizə yüksək dəyər veririk və ümid edirik ki, bizim qarşılıqlı tərəfdaşlığımız uzunömürlü olacaq.

Azamat Jilokov

Layihə Meneceri,“Black and Veatch”
2010-cu ildən etibarən biz BestComp Group şirkəti ilə UPS-lərin (fasiləsiz enerji mənbələri) layihələndirilməsi, quraşdırılması, işlədilməsi və texniki dəstəyin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Uzun illərdir ki, məhz BestComp Group şirkəti əsas dövlət qurumlarında UPS sistemlərini müvəffəqiyyətlə yerləşməsini və işə salınmasını təmin etmişdir. Bir əlamətdar hadisəni xüsusilə qeyd etmək istərdik; Azərbaycanda ən güclü UPS sistemini (13x400 kVA) Crystal Hall və Briefing Center üçün BestComp Group şirkəti quraşdırmışdır.

Vüqar Şahmuradov

İdarə Heyətinin Sədri, “Azenco” ASC

Texnoloji Tərəfdaşlıq

Xəbərlər

BestComp Group ”Bakutel-2018” sərgisində iştirak edib

4 dekabr 2018-ci il tarixdə Bakı şəhərində “Bakutel 2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və ...

Bestcomp Group Snom şirkətinin Azərbaycanda Gümüş statusa malik tərəfdaşıdır

Bestcomp Group Snom şirkətinin Azərbaycanda Gümüş statusa malik tərəfdaşıdır. Almaniya şirkəti olan Snom Technology müəssisələrin ...

BestComp Group Bowling Turniri

2018-ci il martın 30-da BestComp Group-un işçi heyəti üçün boulinq turniri təşkil edilmişdir. Üç mərhələ ...