Yüklənir0%

Rəqəmsal gələcəyə doğru

Biz innovativ həllərlə sifarişçilərimizə davamlı dəyər qazandıran, onların rəqəmsal gələcəyə doğru etibarlı şəkildə irəliləməsinə dəstək olan peşəkar komandayıq.

aşağı sürüşdürün

Bizim üçün ən yaxşı olmaq – hər bir layihəyə sadiq olmaq, innovativ ideyaları reallığa çevirmək və hər bir sifarişçini məmnun etmək deməkdir.

1995-ci ildən etibarən fəaliyyət göstərən Bestcomp Group, Cənubi Qafqaz və Mərkəzi Asiyada informasiya və kommunikasiya texnologiyaları sahəsində aparıcı həllər təqdim edən sistem inteqratorudur. Sistem inteqrasiyası, kibertəhlükəsizlik, məlumat mərkəzləri, şəbəkə infrastrukturunun qurulması və digər ixtisaslaşmış xidmətlər üzrə geniş portfelimizlə təşkilatların rəqəmsal transformasiyasına yönəlmiş kompleks həllər təqdim edirik.

İllər ərzində əldə etdiyimiz təcrübə və texnoloji biliklər sayəsində həm dövlət, həm də özəl sektorda yüzlərlə mühüm layihəni uğurla həyata keçirmiş, regionun texnoloji inkişafında və rəqəmsallaşma prosesində aparıcı rol oynamışıq.

Dünyanın aparıcı texnologiya şirkətləri bizə etibar edir

İllər ərzində sektorun aparıcı texnologiya təchizatçıları ilə güclü tərəfdaşlıq qurulub.

Biz ISO sertifikatlı beynəlxalq şirkətik

Bestcomp Group QSC-də İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) yalnız ayrı-ayrı idarəetmə sistemlərinin bir araya gətirilməsi deyil, daha geniş miqyaslı, strateji yanaşmanı əks etdirir. Bu yanaşma keyfiyyətin idarə olunması, peşə sağlamlığı və əməyin təhlükəsizliyi, informasiya təhlükəsizliyi və digər idarəetmə sistemlərini vahid və uyğunlaşdırılmış idarəetmə çərçivəsində birləşdirir. Nəticədə davamlı inkişaf və korporativ dayanıqlılıq təmin olunur.
ISO 9001
ISO 9001

Globally recognized standard for quality management system.

Certified
ISO 45001
ISO 45001

International standard that specifies requirements for an occupational health and safety management system.

Certified
ISO 27001
ISO 27001

The world's best-known standard for information security management system.

Certified
ISO 37001
ISO 37001

Globally recognized standard for anti-bribery management system.

Certified

Həllər və Xidmətlər

Bütün həllər

Peşəkar sistem inteqratoru

Biz müxtəlif ölkələrdə fərqli biznesləri dəstəkləmək və dayanıqlılığını təmin etmək üçün ən son texnologiyalardan istifadə edən peşəkar komandayıq.
3750+Tamamlanmış layihə
10 000+Sifarişçi
500+ Beynəlxalq sertifikat
7Ölkədə fəaliyyət
About us