Solutions & services

Bulud Xidmətləri və Bulud Mühitinə Keçid

Bulud Xidmətləri və Bulud Mühitinə Keçid

Müasir rəqəmsal dövrdə bulud hesablama miqyaslana bilənlik, çeviklik və xərc səmərəliliyi axtaran müəssisələr üçün əsas dayaqlardan birinə çevrilmişdir.

Bulud Xidmətləri və Bulud Mühitinə Keçid Portfelimiz təşkilatların bulud texnologiyalarını problemsiz şəkildə tətbiq etməsinə, idarə etməsinə və optimallaşdırmasına kömək edən hərtərəfli həllər toplusunu təqdim edir. İlkin keçid mərhələsindən başlayaraq bulud mühitinin davamlı idarə olunmasına qədər bütün xidmətlərimiz təhlükəsizlik, performans və uyğunluq prinsiplərinə əsaslanaraq müəssisələrin buludun tam potensialından faydalanmasına imkan yaradır.

Sertifikatlı bulud mütəxəssisləri və məsləhətçilərdən ibarət komandamız bulud mühitlərinin layihələndirilməsi, yerləşdirilməsi və idarə olunması sahəsində dərin təcrübəyə malikdir. Hər bir təşkilatın özünəməxsus ehtiyaclarını nəzərə alaraq, təqdim etdiyimiz bulud həllərini əməliyyat məqsədlərinizə, texniki tələblərinizə və büdcə çərçivələrinizə uyğun şəkildə fərdiləşdiririk.


Let us guide you on choosing the right product for your business.

İmkanlarımız

Bulud Strategiyası və Konsaltinq

Bulud Strategiyası və Konsaltinq

Mövcud İT infrastrukturunuzu və iş yüklərinizi ətraflı təhlil edərək, strateji hədəflərinizi müəyyənləşdirir və istər ictimai, istər özəl, istərsə də hibrid mühitlər üçün miqyaslanan, dayanıqlı və yüksək performanslı fərdi bulud həlləri formalaşdırır və tətbiq edirik.

Bulud Mühitinə Keçid Xidmətləri

Bulud mühitinə uğurlu miqrasiya dəqiq planlaşdırma və peşəkar icra tələb edir. Təqdim etdiyimiz hərtərəfli miqrasiya xidmətləri ilkin qiymətləndirmə, strateji planlaşdırma, fasiləsiz keçid və miqrasiyadan sonrakı dəstək mərhələlərini əhatə edir.

Tətbiqlərinizin, məlumatlarınızın və iş yüklərinizin bulud infrastrukturuna təhlükəsiz, səmərəli və çevik keçidini təmin edirik. Miqrasiya prosesinin bütün mərhələlərində əməliyyatların fasiləsizliyi, məlumatların tam qorunması və möhkəm təhlükəsizlik səviyyəsi əsas prioritetlərimizdir.

İctimai Bulud Həlləri

Amazon Web Services (AWS), Microsoft Azure və Google Cloud kimi aparıcı ictimai bulud platformalarının təqdim etdiyi çeviklik, miqyaslana bilənlik və xərc səmərəliliyi imkanlarından maksimum dərəcədə faydalanmağınıza kömək edirik.

İxtisaslaşmış komandamız ictimai bulud mühitlərinin ayrılması, konfiqurasiyası, optimallaşdırılması və davamlı idarə olunması üzrə tam xidmət portfeli təqdim edir. Fokusumuz yüksək performans, xərclərə nəzarəti və mövcud korporativ sistemlərlə rəvan inteqrasiya üzərində qurulub.

Bu yanaşma təşkilatınıza bulud innovasiyalarını səmərəli tətbiq etmək, əməliyyat sabitliyini qorumaq və investisiyadan maksimum geri dönüş əldə etmək imkanı yaradır.

Özəl (Private) Bulud Həlləri

Təhlükəsizlik, tənzimləyici uyğunluq və yüksək performans sizin üçün prioritetdirsə, özəl bulud həllərimiz ideal seçimdir. Bu həllər hər bir təşkilatın tələblərinə uyğun fərdiləşdirilmiş və tam nəzarət edilə bilən infrastruktur təmin edir. Biz infrastrukturun layihələndirilməsi, quraşdırılması və idarə olunması daxil olmaqla tam xidmət göstəririk. Həllərimiz sizə:

Yüksək təhlükəsizlik səviyyəsi, məlumat üzərində tam nəzarət, istəyə uyğun fərdi konfiqurasiya, miqyaslana bilən və səmərəli bulud idarəçiliyi imkanı yaradır. Bu yanaşma İT əməliyyatlarınızı daha çevik, təhlükəsiz və nəzarət olunan şəkildə idarə etməyə şərait yaradır.


Hibrid Bulud Həlləri

Hibrid bulud həllərimiz ictimai və özəl bulud mühitlərinin üstünlüklərini birləşdirərək məlumatların və tətbiqlərin bu mühitlər arasında fasiləsiz şəkildə ötürülməsini təmin edir. Biz müəssisələrə maksimum çeviklik, resurslardan səmərəli istifadə və optimallaşdırılmış xərclərlə yanaşı, infrastrukturun bütün səviyyələrində təhlükəsizlik və uyğunluğu qoruyacaq hibrid arxitekturaların qurulmasında dəstək veririk.

Çoxsaylı Bulud Mühitlərinin İdarəetməsi

Bir neçə bulud platformasının eyni vaxtda idarə olunması kompleks yanaşma və ardıcıl nəzarət tələb edir. Biz çoxbulud mühitlərinin idarə edilməsi üzrə xidmətlər təqdim edərək, fərqli provayderlər arasında bölüşdürülmüş iş yüklərinin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını, monitorinqini və optimallaşdırılmasını təmin edirik.

Bu yanaşma müəssisələrin provayder asılılığını minimuma endirir, resursların daha səmərəli bölgüsünü təmin edir və tətbiqlərin texniki və maliyyə baxımından ən optimal bulud mühitində işləməsinə imkan yaradır.

Bulud Təhlükəsizliyi və Uyğunluq

Bulud texnologiyalarına uğurlu keçidin əsas şərtlərindən biri təhlükəsizliyin təmin edilməsidir. Bulud Təhlükəsizliyi Xidmətlərimiz aşağıdakı əsas komponentləri əhatə edir:

Məlumatların müasir şifrələmə texnologiyaları ilə qorunması,identifikasiya və girişə nəzarət sistemləri (IAM), inkişaf etmiş müdaxilələrin aşkarlanması və cavab tədbirləri, uyğunluq üzrə audit və hesabatlılıq mexanizmləri.

Təklif etdiyimiz həllər sayəsində bulud infrastrukturunuz sabit, təhlükəsiz və uyğunluq tələblərinə cavab verən şəkildə idarə olunur. Təşkilatınızı GDPR, HIPAA və PCI-DSS kimi beynəlxalq tənzimləyici çərçivələr daxilində dəstəkləyir və təhlükəsizlik risklərini effektiv şəkildə idarə etməyinizə kömək edirik.

Bulud Əsaslı Ehtiyat Nüsxələmə və Fəlakət Bərpası

Əhəmiyyətli məlumatlarınızı qorumaq və biznes proseslərinizin dayanıqlığını təmin etmək üçün inkişaf etmiş bulud əsaslı ehtiyat nüsxələmə və fəlakətdən bərpa həlləri təqdim edirik. Həll portfelimizə daxildir:

Avtomatlaşdırılmış ehtiyat nüsxələmə prosesləri, təhlükəsiz məsafəli saxlanma infrastrukturu, sürətli bərpa üçün səmərəli fəlakətə davamlılıq çərçivələri.

Bu yanaşma sistem dayanma risklərini minimuma endirir, tez və təhlükəsiz bərpanı təmin edir və müəssisənizi məlumat itkisi, xidmətin fasiləsi və kiberhücumlar kimi risklərdən qoruyur. Nəticədə, İT infrastrukturunuzda dayanıqlılıq, fasiləsiz fəaliyyət və uyğunluq tələblərinə cavab təmin olunur.

DevOps və Avtomatlaşdırma

Proqram təminatının hazırlanma dövrünü sürətləndirin və əməliyyat səmərəliliyini artırın — DevOps və bulud avtomatlaşdırması xidmətlərimiz bu məqsədə çatmaq üçün müasir yanaşma təqdim edir. Biz müəssisələrə aşağıdakı imkanları qazandırırıq:

Davamlı inteqrasiya və çatdırılma (CI/CD) boru xətlərinin qurulması,bulud yerləşdirmələrinin avtomatlaşdırılması, infrastrukturun idarəetməsində çeviklik və miqyaslana bilənlik, əməliyyat proseslərinin standartlaşdırılması və optimallaşdırılması. Bu yanaşma sayəsində siz çevik inkişaf mühitinə keçid edir, məhsullarınızı daha qısa zamanda bazara çıxarır, və İT əməliyyatlarını daha dayanıqlı və effektiv şəkildə idarə edirsiniz.

Bulud Xərclərinin Optimallaşdırılması

Əgər düzgün idarə olunmazsa, bulud xərcləri sürətlə nəzarətdən çıxa bilər. Bizim bulud xərclərinin optimallaşdırılması xidmətlərimiz resurs istifadəsinin detallı monitorinqini, ehtiyaclara uyğun resurs ölçüləndirməsini (rightsizing) və performansa təsir etmədən xərclərin azaldılması üçün strateji tövsiyələri əhatə edir. Məqsədimiz bulud investisiyanızdan əlavə xərclərsiz maksimum dəyər əldə etməyinizi təmin etməkdir.

Bulud Monitorinqi və Performansın İdarə Olunması

Bulud infrastrukturunuzda maksimal performans, təhlükəsizlik və əlçatanlıq təmin etmək üçün real vaxt rejimində monitorinq xidmətləri təqdim edirik. Xidmətlərimiz aşağıdakılara əsaslanır: Real vaxt performans analitikası, avtomatlaşdırılmış xəbərdarlıq mexanizmləri, əhatəli hesabatlar və vəziyyətə dair tam görünürlük.

Bu proaktiv yanaşma sayəsində potensial problemlər operativ şəkildə aşkar edilir və aradan qaldırılır, infrastrukturun etibarlılığı və fasiləsiz fəaliyyəti təmin olunur, komandanız dəqiq analitik məlumatlara əsasən qərarlar verir və əməliyyat nəzarətini daha effektiv şəkildə həyata keçirir.

Davamlı Bulud Dəstəyi və İdarəetməsi

Peşəkar bulud dəstək komandamız 7/24 rejimində texniki məsələləri proaktiv şəkildə idarə edir və operativ həll edir. Xidmətlərimiz aşağıdakılara əhatə edir:

Problemlərin diaqnostikası və aradan qaldırılması, performansın optimallaşdırılması, gündəlik texniki xidmət və yenilənmələrin icrası. Tam idarəolunan bulud xidmətlərimiz sayəsində bulud əməliyyatlarınızın bütün aspektlərini – sistemin idarə edilməsi, yenilənməsi və infrastrukturun optimallaşdırılması və s. biz öz üzərimizə götürürük. Bu isə daxili komandanızın innovasiya, strateji təşəbbüslər və əsas biznesin inkişafına fokuslanmasına şərait yaradır.

Our technology partners

Having built strong partnerships over many years with the industry’s leading technology vendors

Latest projects

All projects