Şirkət

Mükafatlar və Nailiyyətlər

30+ illik fəaliyyəti ərzində Bestcomp Group müxtəlif mükafatlar və tanınmalara layiq görülüb. Aşağıda son illərdə əldə etdiyimiz əsas nailiyyətlərdən bəzilərini görə bilərsiniz.

Ən Yaxşı Razılaşma 2025 (Təhsil sahəsi)
Ən Yaxşı Razılaşma 2025 (Təhsil sahəsi)

Təhsil sahəsində həyata keçirdiyimiz layihələr üzrə Acer tərəfindən "Best Deal Award" ilə mükfatlandırıldıq.

2025-ci ilin Həll Təchizatçısı
2025-ci ilin Həll Təchizatçısı

Bestcomp Group, HPE, Aruba Networks və Techpro DC tərəfindən “2025-ci ilin İT Həllər üzrə Təchizatçısı” və “Ən Dəyərli Tərəfdaş” mükafatlarına layiq görülmüşdür.

2024-cü ilin Ən Yüksək Nəticə Göstərən Tərəfdaşı
2024-cü ilin Ən Yüksək Nəticə Göstərən Tərəfdaşı

Bestcomp Group, Fortinet tərəfindən “2024-cü ilin Ən Yüksək Nəticə Göstərən Tərəfdaşı” adına layiq görülmüşdür.

2024-cü ilin Tərəfdaşı
2024-cü ilin Tərəfdaşı

Bestcomp Group, Palo Alto Networks və BAKOTECH tərəfindən “2024-cü ilin Tərəfdaşı” adına layiq görülmüşdür.

2024-cü ilin İlin Tərəfdaşı
2024-cü ilin İlin Tərəfdaşı

Bestcomp Group Cisco ilə uğurlu tərəfdaşlığı və göstərdiyi yüksək nəticələrə görə “2024-cü ilin İlin Tərəfdaşı” adına layiq görülmüşdür.

Azərbaycan üzrə Yüksələn Ulduz
Azərbaycan üzrə Yüksələn Ulduz

Bestcomp Group, texnoloji tərəfdaşı Dell Technologies tərəfindən göstərdiyi dinamik inkişafa görə “Rising Star Azerbaijan 2024” — “Azərbaycan üzrə Yüksələn Ulduz” mükafatı ilə təltif olunmuşdur.

2024-cü ilin Təhlükəsizlik üzrə İlin Tərəfdaşı
2024-cü ilin Təhlükəsizlik üzrə İlin Tərəfdaşı

Bestcomp Group, Cisco-nun 2024-cü maliyyə ili nəticələrinə əsasən dövlət və özəl sektorda genişmiqyaslı layihələrin uğurla həyata keçirilməsinə görə “2024-cü ilin Təhlükəsizlik üzrə İlin Tərəfdaşı” mükafatı ilə təltif olunmuşdur.

2023-cü ilin Dəyər Yaradıcı Tərəfdaşı
2023-cü ilin Dəyər Yaradıcı Tərəfdaşı

Bestcomp Group, Lenovo tərəfindən “2023-cü ilin Dəyər Yaradıcı Tərəfdaşı” mükafatına layiq görülmüşdür. Bu tanınma, müştərilərimiz üçün dəyər yaratmaq və səmərəli komanda işi göstərmək istiqamətində olan öhdəliyimizin göstəricisidir.

2022-ci ilin Layihə üzrə İlin Distribyutoru
2022-ci ilin Layihə üzrə İlin Distribyutoru

Bestcomp Group, innovativ həllərin həyata keçirilməsində göstərdiyi müstəsna fəaliyyətinə görə APC by Schneider Electric tərəfindən “2022-ci ilin Layihə üzrə İlin Distribyutoru” mükafatı ilə təltif edilmişdir.”

2021-ci ilin İT Şirkəti
2021-ci ilin İT Şirkəti

Bestcomp Group, regionda informasiya texnologiyalarının inkişafına verdiyi töhfəyə görə “2021-ci ilin İT Şirkəti” mükafatı ilə təltif edilmişdir.

2020-ci ilin Təhlükəsizlik üzrə İlin Tərəfdaşı
2020-ci ilin Təhlükəsizlik üzrə İlin Tərəfdaşı

Bestcomp Group, innovasiya, biznesin inkişafı, müştəri məmnuniyyəti və rəqabət üstünlüyü istiqamətində nümayiş etdirdiyi yüksək nəticələrə görə CIS Technology Excellence: “2020-ci ilin Təhlükəsizlik üzrə İlin Tərəfdaşı” mükafatı ilə təltif edilmişdir.

Azərbaycan üzrə İlin Korporativ Tərəfdaşı
Azərbaycan üzrə İlin Korporativ Tərəfdaşı

Bestcomp Group, ABŞ-ın Las Veqas şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən 4,000-dən çox İT şirkətin iştirak etdiyi Cisco Partner Summit 2019 tədbirində “Azərbaycan üzrə İlin Korporativ Tərəfdaşı” mükafatına layiq görülmüşdür.

Rising Star Award
Rising Star Award

Bestcomp Group, qabaqcıl videomüşahidə həllərinin inkişafına verdiyi töhfə və dinamik inkişaf tempinə görə Uniview tərəfindən “Rising Star” mükafatı ilə təltif edilmişdir.

Ən Yaxşı Şirkət Təqdimatı
Ən Yaxşı Şirkət Təqdimatı

Bestcomp Group, innovativ həllərini və xidmətlərini peşəkar şəkildə nümayiş etdirdiyi üçün Bakutel sərgisində “Ən Yaxşı Şirkət Təqdimatı” mükafatına layiq görülmüşdür.

Growth Award 2017
Growth Award 2017

Bestcomp Group, HP tərəfindən “Growth Award 2017” mükafatı ilə təltif edilmişdir. Bu mükafat şirkətə Şərqi Avropanın 24 ölkəsi arasında “İlin Tərəfdaşı” seçildiyinə görə, 2017-ci ildə ABŞ-ın Çikaqo şəhərində təqdim olunmuşdur.

Ədalətin Billur Tərəziləri mükafatı 2017
Ədalətin Billur Tərəziləri mükafatı 2017

2017-ci ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən təqdim olunmuş və Bestcomp Group tərəfindən “Court Pulse – Məhkəmə İdarəçiliyində İnqilab” layihəsi çərçivəsində hazırlanmış AZEMİS sistemi -məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən qabaqcıl təşəbbüs kimi qiymətləndirilərək, Avropa Şurasının “Crystal Scales of Justice” mükafatı ilə təltif edilmişdir.

2017-ci ilin Ən Yaxşı Tərəfdaşı
2017-ci ilin Ən Yaxşı Tərəfdaşı

İnnovativ və etibarlı İT həllərinin həyata keçirilməsində göstərdiyi uğurlu fəaliyyətinə görə Bestcomp Group, Hewlett Packard Enterprise (HPE) tərəfindən “2017-ci ilin Ən Yaxşı Tərəfdaşı” mükafatına layiq görülmüşdür.



Eurovision Azerbaijan - fəxri diplom
Eurovision Azerbaijan - fəxri diplom

“Eurovision Azerbaijan” mahnı müsabiqəsinin təşkilinə verdiyi töhfəyə görə Bestcomp Group, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri diplomla təltif edilmişdir.