Şirkət

Rəqəmsal Gələcəyə doğru

Bestcomp Group regionun aparıcı sistem inteqratorlarından biri olaraq, 30 illik dəyərli təcrübəsi ilə seçilir. Peşəkarlığa olan dərin bağlılığı Bestcomp Group-u regionun ən etibarlı və nüfuzlu İT şirkətlərindən birinə çevirib. Baş ofisi Azərbaycanda yerləşən və Gürcüstanla Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən regional ofisləri vasitəsilə şirkət bu bazarlarda kompleks və açar təslim İT həlləri və xidmətləri təqdim etmək üçün strateji mövqeyə sahibdir.

Dünyanın aparıcı texnologiya şirkətləri ilə ən yüksək tərəfdaşlıq statuslarına sahib olmaqla, müştərilərinə yüksək keyfiyyətli xidmət və peşəkar məsləhətlər təqdim edir. Şirkətin portfoliosu Azərbaycanda, Gürcüstanda və Mərkəzi Asiya ölkələrində uğurla həyata keçirilmiş çoxsaylı layihələrlə zəngindir.

400-dən artıq yüksək ixtisaslı mütəxəssisdən ibarət dinamik komanda davamlı inkişaf yolunda fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Komanda üzvlərinin nüfuzlu beynəlxalq təşkilatlardan əldə etdiyi 500-dən çox sertifikat isə ən yüksək bilik və xidmət standartlarına olan bağlılığın bariz nümunəsidir.

İnkişaf tariximiz

Uğur Yolumuz

Bestcomp Group-un aparıcı sistem inteqratoruna və etibarlı İT həlləri təminatçısına çevrilməsinə aparan əsas dönüş nöqtələri ilə tanış olun. Bu uğur yolunda innovasiyaya, yüksək keyfiyyətə və sifarişçilərimizə dəyər verməyə daim sadiq qalmışıq.

2024

ISO 37001:2016 sertifikatının əldə edilməsi

Əməkdaş sayı – 400+

Dell-in Platinum tərəfdaş statusunun əldə edilməsi

Cisco-dan “2024-cü ilin təhlükəsizlik tərəfdaşı” mükafatı (Las Veqas, ABŞ)

Dell-dən "Rising Star Azerbaijan 2024" mükafatı

Cisco-dan “2024-cü ilin tərəfdaşı” mükafatı

Palo Alto Networks və BAKOTECH-dən “2024-cü ilin tərəfdaşı” mükafatı

2023

Dell ilə tərəfdaşlığın başlanması

Lenovo-dan Platinum 360 statusunun əldə edilməsi

2022

Kiyevdə (Ukrayna) yeni regional ofisin açılışı

ISO 45001 sertifikatının əldə edilməsi

2021

ISO 27001 Sertifikatının əldə edilməsi

Schneider Electric tərəfindən APC üzrə Ekspert Tərəfdaş statusunun əldə edilməsi

2020

Cisco ilə birbaşa tərəfdaşlıq müqaviləsinin bağlanması

MDB Texnologiya Mükəmməlliyi: Cisco-dan 2020-ci ilin "Təhlükəsizlik üzrə İlin Tərəfdaşı"

Dünya Bankı tenderində ilk beynəlxalq qələbə – Tacikistan Maliyyə Nazirliyi üçün "Konteyner tipli Data Mərkəz"in yaradılması

Tacikistanın Prezident apparatı üçün "Əsas və Ehtiyat Data Mərkəz"in yaradılması

2019

Korporativ rebrendinq

"Cisco Master Security" ixtisaslaşmasının əldə edilməsi

Cisco-dan “2019-cu ilin tərəfdaşı” mükafatı (Las Veqas, ABŞ)

BnB Security Alliance şirkətinin təsis edilməsi

2018

Mərkəzi Asiya ölkələrinə regional genişlənmə

Daşkənddə (Özbəkistan) yeni ofisin açılışı

2017

Əməkdaş sayı – 300+

HP-dən “2017-ci ilin tərəfdaşı” mükafatı (Çikaqo, ABŞ)

Avropa Komissiyası tərəfindən təşkil edilən “Məhkəmə Nəbzi İdarəetmə İnqilabı” (Court Pulse the Management Revolution) adlı təşəbbüs üçün “Ədalət Mühakiməsinin Billur Tərəzisi 2017” (Crystal Scales of Justice Prize 2017) mükafatına layiq görülməsi

2016

HPE və Aruba Networks şirkətlərindən MDB regionunda ilk "Platinum" tərəfdaş statusunun alınması

2015

Azərbaycanda Acer kompüterlərinin yığılması üzrə zavodunun açılışı

HTech Invest-in təsis olunması


2014

Lenovo ilə tərəfdaşlıq müqaviləsinin bağlanması

2010

Yeni filialların açılışı

Yeni Servis Mərkəzinin açılışı

2009

Daha geniş ofisə yerləşmə

Əməkdaş sayı 100+

2008

HP-nin "Qızıl statusu"nun (Gold status) əldə edilməsi

2006

Fujitsu-Siemens ilə tərəfdaşlıq müqaviləsinin bağlanması

Bestel filialının açılışı

2005

Acer ilə tərəfdaşlıq müqaviləsinin bağlanması

İlk rəsmi Acer Servis Mərkəzinin açılışı

ISO 9001 sertifikatının əldə edilməsi

2004

Everbest filialının açılışı

Robotech şirkətinin satın alınması

2003

MGE UPS sistemləri ilə tərəfdaşlıq müqaviləsinin bağlanması

Gürcüstanda ilk regional ofisin açılışı

2002

ARTronic ilə tərəfdaşlıq müqaviləsinin bağlanması

İlk rəsmi HP Servis Mərkəzinin açılışı

2000

HP ilə tərəfdaşlıq müqaviləsinin bağlanması

1999

Filialın Genişlənməsi

CompAz filialının açılışı

1998

İnkişaf və Təkmilləşmə

Tripplite ilə tərəfdaşlıq müqaviləsinin bağlanması

Best Computers filialının açılışı

1997

Yeni Ofisin Açılışı

Daha geniş ofisə yerləşmə

1995

Şirkətin təsis edilməsi və ilk məhsul/xidmətlərin təqdim edilməsi

Əməkdaş sayı - 5

Fəlsəfəmiz

Bizi İrəli Aparan Prinsiplər: Mükəmməllik, İnnovasiya, Dürüstlük

Bestcomp Group-da fəaliyyət fəlsəfəmiz mükəmməllik, innovasiya və dürüstlük prinsiplərinə əsaslanır. Bu əsas dəyərlər fəaliyyətimizin hər bir mərhələsinə istiqamət verir və yüksək səviyyəli İT həlləri və xidmətlərinin təqdim olunmasında yol göstərici rol oynayır.

Bu prinsiplər Bestcomp Group-un təməlini təşkil edir. Şirkət olaraq inkişaf etdikcə, İT sahəsində yeni standartlar müəyyənləşdirməkdə davam edirik. Eyni zamanda, təşkilatların bir-biri ilə əlaqəli rəqəmsal dünyada uğur qazanmasına dəstək olmağı qarşıya məqsəd qoyuruq. Ekspertliyimizi daim təkmilləşdirir, texnoloji imkanlarımızı genişləndiririk. Bununla da sifarişçilərimizə həm etibarlı, həm də gələcək tələblərə uyğunlaşa bilən həllər təqdim edirik.

İnanırıq ki, uğurun əsasında əməkdaşlıq və mükəmməlliyə ortaq sadiqlik dayanır. Bu yanaşma sifarişçilərimiz və onların tərəfdaşları üçün davamlı dəyər yaratmağımıza şərait yaradır. Gələcəyə baxaraq, etibarlılığı, miqyaslana bilənliyi və transformativ təsiri ilə fərqlənən qabaqcıl İT həlləri təqdim etmək öhdəliyimizi davam etdiririk.

Vizyonumuz

Vizyonumuz

Biz innovativ həllər və xidmətlərimizi genişləndirərək, regionun İKT sektorunda aparıcı şirkət olmaq istəyirik. Bizim vizyonumuz texnologiyanın sərhədlərini daim irəli aparmaq, tərəqqini təşviq edən və müştərilərimiz üçün davamlı dəyər yaradan müasir məhsul və xidmətlər təqdim etməkdir.

Missiyamız

Missiyamız

Bizim missiyamız ən son texnologiyaları bazara təqdim etmək və inteqrasiya etmək, müştərilərimizin ehtiyaclarına uyğun effektiv IT həlləri və tətbiqlər hazırlamaqdır. Biz məhsuldarlığı artırmağa, əməliyyatları optimallaşdırmağa və müştərilərimizin uğuruna töhfə verən ölçülə bilən nəticələr əldə etməyə çalışırıq.

Bizim Məqsədlərimiz: Mükəmməllik və İnnovasiyaya Yönəlmiş Addımlar

Bestcomp Group-da məqsəd mükəmməlliyə, innovasiyaya və müştəri məmnuniyyətinə sadiqliyimizi əks etdirir. Hədəfimiz bütün layihələrdə ən yüksək standartları qorumaq, bazar tələblərinə və müştəri ehtiyaclarına çevik uyğunlaşmaqdır.

Bizim Məqsədlərimiz: Mükəmməllik və İnnovasiyaya Yönəlmiş Addımlar
Bizim Əsas Dəyərlərimiz

Əsas Dəyərlərimiz və Onların Uğurumuza Təsiri

Əsas dəyərlərimiz uğurumuzu möhkəmləndirən, fəaliyyətimizi istiqamətləndirən və daim mükəmməl İT həlləri təqdim etməyimizi təmin edən bələdçi prinsiplərdir. Biz peşəkarlıq, innovasiya, etibar və keyfiyyətə sadiq qalır, eyni zamanda səmərəlilik və gözləntiləri üstələyən nəticələr təqdim etməyə çalışırıq.

Niyə Biz?

Niyə Bestcomp Group-u Seçməlisiniz?

Bestcomp Group-u seçmək, informasiya texnologiyaları sahəsində üstün həllər və yüksəkkeyfiyyətli xidmətlər təqdim edən etibarlı tərəfdaşla əməkdaşlıq etmək deməkdir. 30 ildən artıq təcrübəmiz və qlobal texnologiya liderləri ilə möhkəm tərəfdaşlıqlarımız sayəsində hər bir layihəyə fərdi yanaşma, dərin peşəkarlıq və ən son texnologiyalara çıxış imkanı təmin edirik.

Maliyyə Hesabatları

İllik Maliyyə Hesabatları və Fəaliyyətin Əsas Göstəriciləri