Solutions & services

Data və Biznes Analitikası

Data və Biznes Analitikası

Data və Biznes Analitikası xidmətləri təşkilatlara daxili verilənlər bazaları, xarici sistemlər, həmçinin sosial media və Əşyaların İnterneti (IoT) kimi struktursuz mənbələrdən əldə olunan məlumatları toplamağa, emal etməyə, təhlil etməyə və vizual şəkildə təqdim etməyə imkan yaradır.

Məlumatların strateji dəyərə çevrilməsi sahəsində ixtisaslaşmış komanda olaraq, təşkilatlara məlumatın gücündən istifadə etməklə əsaslandırılmış qərarlar qəbul etməyə və rəqabət üstünlüyü əldə etməyə imkan veririk.


Let us guide you on choosing the right product for your business.

İmkanlarımız

Data Strategiyası və Konsaltinq Xidmətləri

Data Strategiyası və Konsaltinq Xidmətləri

Biznes məqsədlərinizlə uzlaşan, spesifik ehtiyaclara uyğun olaraq formalaşdırılmış data strategiyaları hazırlayırıq. Bu strategiyalar məlumat proseslərinizin optimallaşdırılmasına, yeni imkanların müəyyən edilməsinə və data-dan maksimum səviyyədə faydalanmağa imkan yarıdır.

Təklif etdiyimiz konsaltinq xidmətinə data idarəetməsi (data governance), data dizaynı və strateji planlama kimi istiqamətlər daxildir.


Data İnteqrasiyası və İdarəedilməsi

Komandamız müxtəlif mənbələrdən olan məlumatların inteqrasiyası sahəsində ixtisaslaşmışdır və bu məlumatların təmiz, dəqiq və analiz üçün əlçatan şəkildə idarə olunmasını təmin edir.

ETL proseslərindən və məlumat saxlanma arxitekturasının qurulmasından tutmuş real vaxt rejimində məlumat axınlarına qədər, təqdim etdiyimiz kompleks data idarəetmə həlləri təşkilatlara məlumatlardan səmərəli şəkildə istifadə etməyə və onlardan strateji üstünlük əldə etməyə şərait yaradır.


İrəliləmiş Analitika və Proqnozlaşdırıcı Modelləşdirmə

Təqdim etdiyimiz irəliləmiş analitika və proqnozlaşdırıcı modelləşdirmə xidmətləri sayəsində Data və Biznes Analitikası sahəsində məlumatlarınızın strateji potensialını tam şəkildə üzə çıxara bilirik.

Maşın öyrənməsi və statistik modelləşdirmə alətlərindən istifadə edərək, biz məlumatdakı nümunələri aşkarlayır, trendləri proqnozlaşdırır və əsaslandırılmış qərarların qəbulunu dəstəkləyən praktik və ölçülə bilən analitik nəticələr təqdim edirik.


Məlumatların Vizualizasiyası

Təqdim etdiyimiz məlumatların vizualizasiyası xidmətləri mürəkkəb məlumatların vizual cəhətdən anlaşılan və intuitiv formatda təqdim edilməsini təmin edir.

Biz interaktiv qrafiklər, diaqramlar və infoqrafiklər vasitəsilə analitik nəticələrin daha effektiv interpretasiyasını və təşkilat daxilində daha asan paylaşılmasını mümkün edirik. Bu yanaşma əsaslandırılmış qərarların qəbulunu sürətləndirir və məlumat əsaslı yanaşmanı təşviq edir.


Məlumatların Təhlükəsizliyi və Uyğunluq

Məlumatlarınızın bütövlüyünü, əlçatanlığını və məxfiliyini qorumaq üçün qabaqcıl təhlükəsizlik tədbirləri tətbiq edirik.

Bunlara şifrələmə texnologiyaları, girişə nəzarət mexanizmləri və mütəmadi təhlükəsizlik auditi daxildir. Bütün həllərimiz beynəlxalq informasiya təhlükəsizliyi standartlarına və tənzimləyici tələblərə cavab verir.


Texnologiya tərəfdaşlarımız

İllər boyu sənayenin aparıcı texnologiya təchizatçıları ilə möhkəm tərəfdaşlıqlar quraraq