Müştəri rəyləri
Bestcomp Group-un xidmətlərindən yararlanmış sifarişçilərimizin rəyləri ilə tanış olun.
Gələcək imkanları birlikdə kəşf edək!
Biz, "PASHA Technology" MMC, "Bestcomp Group" QSC ilə formalaşdırdığımız strateji tərəfdaşlığı yüksək dəyərləndirir və bu uğurlu əməkdaşlığa görə dərin minnətdarlığımızı bildiririk.
"Bestcomp Group" QSC, Data Mərkəzi layihələrimizin həyata keçirilməsində etibarlı və peşəkar tərəfdaş kimi özünü təsdiqləmişdir. Xüsusilə, şirkətin Data Mərkəzi üçün sahə seçimi, onun layihələndirilməsi, elektrik və mexaniki infrastrukturun qurulması, sistemlərin konfiqurasiyası, işə salınması və istismara verilməsi kimi kritik sahələrdəki yüksək peşəkarlığı və geniş təcrübəsi tərəfimizdən böyük rəğbətlə qarşılanmışdır. Bundan əlavə, "Bestcomp Group" QSC-nin yerli təchizatçılar və aparıcı istehsalçıları ilə effektiv əməkdaşlığı layihənin uğurla həyata keçirilməsində mühüm rol oynamışdır.
Layihənin ikinci mərhələsində təqdim edilən Storage/Backup həlləri, Server və Virtualizasiya həlləri, Application yönümlü infrastruktur, Şəbəkə texnologiyaları, Anti-DDoS və NGW Threat Defence kimi təhlükəsizlik həlləri, həmçinin Miqrasiya və Konsultasiya xidmətləri üzrə "Bestcomp Group" QSC-nin yüksək keyfiyyətli və innovativ yanaşmasını xüsusilə vurğulamaq istərdik.
Şirkətinizin İT həllərinin inteqrasiyası sahəsində nümayiş etdirdiyi müstəsna ekspertiza və təqdim etdiyi innovativ həllər gözləntilərimizi üstələmiş, əməkdaşlığımızın uğurlu nəticələrinə mühüm töhfə vermişdir.
Gələcəkdə də səmərəli və uzunmüddətli əməkdaşlığımızın davam edəcəyinə ümid edir və bu uğurlu tərəfdaşlığın yeni layihələrlə daha da möhkəmlənəcəyinə inanırıq.
Mürəkkəb Data Mərkəzi layihələrinin icrasında etibarlı tərəfdaş
Bu məktubu, Tacikistan Respublikasının Maliyyə Nazirliyi üçün Backup Data Processing Center layihəsinin uğurla tamamlanmasına göstərdiyiniz müstəsna səylərə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirmək üçün yazıram.
Dünya Bankı tərəfindən maliyyələşdirilən və nəzarət edilən bu layihə TIER III standartlarına uyğun iki konteynerləşdirilmiş data mərkəzi modullarının dizaynı, layihədə edilmiş dəyişikliklərə uyğun olaraq qısa müddət ərzində yenidən dizayn edilməsi, təchizat, quraşdırma, konfiqurasiya və təlim proseslərini əhatə etmişdir. Layihə çərçivəsində serverlər, yaddaş sistemləri, şəbəkə və şəbəkə təhlükəsizliyi həlləri, monitorinq proqram təminatı, fiziki təhlükəsizlik, enerji paylama infrastrukturu və konteynerləşdirilmiş dizel generatorları həlləri uğurla quraşdırılmışdır. Komandanızın peşəkarlığı və effektiv idarəetmə bacarıqları sizi mürəkkəb Data Mərkəzi layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi fərqləndirir.
Bütün bunları nəzərə alaraq biz, Bestcomp Group QSC-ni etibarlı və innovativ IT inteqrasiyası, Data Mərkəzi dizaynı və tətbiqi layihələri axtaran təşkilatlara tövsiyə edirik.
Peşəkar ekspertiza və mükəmməl müştəri xidməti
Biz, "PAŞA Bank" ASC "Bestcomp Group" QSC-nin Fortinet NGFW həllinin peşəkar şəkildə tətbiqinə görə göstərdiyi xidmətləri yüksək qiymətləndirir və təşəkkürümüzü bildiririk.
Müştəri olaraq, inteqrasiya prosesi ərzində nümayiş etdirilən yüksək peşəkarlıq və dərin ekspertiza bizdə müsbət təəssürat yaratdı. Komanda, tələblərimizi dərindən anlayaraq Fortinet NGFW həllini şəbəkə təhlükəsizliyimizi gücləndirmək məqsədilə uğurla və problemsiz şəkildə inteqrasiya etmişdir.
Güclü texniki həllin təqdim edilməsi ilə yanaşı, həllin inteqrasiyası zamanı Bestcomp Group yüksək peşəkarlıq göstərmişdir. Komanda keçid prosesini problemsiz həyata keçirmiş və ehtiyac yarandıqda operativ dəstək göstərmişdir. Onların səyləri nəticəsində şəbəkə təhlükəsizliyimiz əhəmiyyətli dərəcədə gücləndirilmiş, ümumi performansda nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdur.
Biz, "Bestcomp Group" kollektivinə peşəkarlığı, dərin ekspertizası və müstəsna müştəri xidməti üçün səmimi təşəkkürümüzü bildiririk. Fortinet həllərinin yüksək səviyyədə tətbiqini həyata keçirmək və mükəmməl nəticələr əldə etmək istəyən hər bir təşkilata Bestcomp Group-un xidmətlərini ürəkdən tövsiyə edirik.
Etibarlı tərəfdaş
Biz, Yelo Bank, bu məktubla Bestcomp Group-un layihəni uğurla həyata keçirdiyini təsdiq edirik.
Bestcomp Group layihəmiz çərçivəsində HPE həllərini uğurla tətbiq etmiş, avadanlıqların təchizatı və quraşdırılmasını, tətbiqlərin konfiqurasiyasını, təhlükəsizlik həllərinin işlənib hazırlanmasını, hiper-konvergent bulud həllərinin tətbiqini, əsas və ehtiyat məlumat mərkəzlərimizin problemsiz miqrasiyasını həyata keçirərək yüksək peşəkarlıq nümayiş etdirmişdir.
Şirkət tərəfindən təklif edilən həllər biznes proseslərimizi optimallaşdırmağa və infrastrukturumuzu gücləndirməyə kömək etmişdir. Layihənin icrası zamanı Bestcomp Group mürəkkəb məsələlərin həllində peşəkarlıq, etibarlılıq və effektivlik göstərmiş, məhsuldar kommunikasiyaya xüsusi diqqət yetirərək, layihənin gedişatı barəsində rəhbərliyi vaxtında təqdim olunan hesabatlar vasitəsilə mütəmadi olaraq məlumatlandırmışdır. Onların işi hər zaman tələblərimizə tam uyğun olub.
Hətta COVID-19 pandemiyası dövründə də Bestcomp Group operativ xidmət göstərərək bizə effektiv dəstək vermişdir. Biz Bestcomp Group QSC-ni etibarlı tərəfdaş hesab edirik.
Layihənin peşəkar idarə edilməsi
Bu məktubu "Bestcomp Group" MMC-nin xidmətlərini tövsiyə etmək məqsədilə yazıram. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi adından bildiririk ki, "Bestcomp Group" MMC müqaviləyə əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində “İKT infrastrukturu və Data Mərkəzinin modernizasiyası” layihəsini uğurla həyata keçirmişdir.
Layihə çərçivəsində şəbəkə infrastrukturu, təhlükəsizlik həlləri, server və yaddaş sistemləri uğurla tətbiq edilmiş, müasir tələblərə uyğun olaraq yenilənmişdir.
Biz, "Bestcomp Group" MMC-nin gördüyü işlərin keyfiyyətindən, yanaşmasından və peşəkarlığından son dərəcə məmnunuq. COVID-19 pandemiyası dövründə də, şirkət quraşdırma, konfiqurasiya və miqrasiya xidmətlərini qısa müddətdə uğurla tamamlamış və yüksək səviyyəli layihə idarəetməsini həyata keçirmişdir.
Etibarlı tərəfdaş tərəfindən açar təslim həlli
Bestcomp Group QSC üçün bu tövsiyə məktubunu təqdim etməkdən məmnunam. Şirkət təşkilatımız üçün yüksək keyfiyyətli məhsul və xidmət dəstəyi göstərmişdir. İlkin məsləhətləşmədən son tətbiqə qədər komandaları misilsiz peşəkarlıq və ekspertiza nümayiş etdirmiş, xüsusi tələblərimizi diqqətə alaraq fəaliyyətimizin səmərəliliyini əhəmiyyətli dərəcədə artıran fərdi həllər təqdim etmişdir.
Bestcomp Group - un müştəri xidmətinə olan sədaqəti xüsusilə fərqlənirdi. Komanda bütün proses boyu operativ, bilikli və təşəbbüskar olmuş, quraşdırma zamanı fasiləsizliyi təmin etmiş və işçi heyətimizə ətraflı təlim keçərək yeni avadanlıqların imkanlarından maksimum istifadə etməyimizə kömək etmişdir.
Bestcomp Group və onların təmin etdiyi yüksək keyfiyyətli HPE məhsulları sayəsində IT infrastrukturumuzun performansı, etibarlılığı və miqyaslana bilmə qabiliyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Yüksək səviyyəli texnoloji həllər və mükəmməl xidmət axtaran istənilən təşkilata Bestcomp Group - u tövsiyə edirəm.