Şirkət haqqında

1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır. BestComp Group öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirir. Ətraflı

Peşəkarlıq

Biz, İT sahəsində dünyanın ən müasir texnologiyalarını tətbiq etməyi bacaran əsl peşəkar komandayıq. Məhz biz uğurlu biznesin davamlı olmasının təminatçısıyıq.

Keyfiyyət

Ölkəmizin aparıcı şirkətləri bizim keyfiyyətimizə güvənərək, İT və telekom sahələrinin fasiləsiz çalışması üçün bizə etibar edirlər. Siz də onlara qoşulun!

Dəqiqlik

Biz daima hər bir işimizdə sürətli və keyfiyyətli xidmət təqdim edərək müştərilərimizin xüsusi tələblərini qarşılayırıq və hər zaman razılaşmalarımıza sadiqik.

Həllər və Xidmətlər

Fəaliyyət göstərdiyimiz sahədə ən yaxşı olmağın məsuliyyətini dərk edirik və bunun üçün həyata keçirdiyimiz hər bir layihədə yenilikçi ideyaları reallığa çevirərək, müştərilərimizin məmnunluğunu təmin etməyə çalışırıq.
0

Təhvil Verilmiş Layihə

0

Ölkə

0

Məmnun müştəri

0

Mükafat

Müştəri Rəyi

BestComp Group şirkətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı sayəsində Səhiyyə Nazirliyi üçün böhranlı sistemin dayanma müddətini ən maksimal həddə azalda bildik və bütöv infrastrukturu növbəti günə tam bərpa etdik. Biz BestComp Group ilə uzunmüddətli səmərəli və peşəkar münasibətlərimizə yüksək dəyər veririk və ümid edirik ki, bizim qarşılıqlı tərəfdaşlığımız uzunömürlü olacaq.

Azamat Jilokov

Layihə Meneceri,“Black and Veatch”
2010-cu ildən etibarən biz BestComp Group şirkəti ilə UPS-lərin (fasiləsiz enerji mənbələri) layihələndirilməsi, quraşdırılması, işlədilməsi və texniki dəstəyin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Uzun illərdir ki, məhz BestComp Group şirkəti əsas dövlət qurumlarında UPS sistemlərini müvəffəqiyyətlə yerləşməsini və işə salınmasını təmin etmişdir. Bir əlamətdar hadisəni xüsusilə qeyd etmək istərdik; Azərbaycanda ən güclü UPS sistemini (13x400 kVA) Crystal Hall və Briefing Center üçün BestComp Group şirkəti quraşdırmışdır.

Vüqar Şahmuradov

İdarə Heyətinin Sədri, “Azenco” ASC

Texnoloji Tərəfdaşlıq

Resurslar

Xəbərlər

Müasir dövrün kiber-təhlükəsizlik mənzərəsi: EMAİL TƏHLÜKƏSİZLİYİ – NİYƏ MƏHZ “CİSCO SECURE EMAIL”?

Giriş Email müasir biznes dünyasında ən vacib kommunikasiya vasitəsi kimi qalmaqdadır. Hər gün kompyüterlər, telefonlar ...

«Kaggle» data yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

30 aprel tarixində “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfansı çərçivəsində keçirilən data yarışmasının qaliblərinin mükafatlandırılması ...

Bestcomp Group-un dəstəyi ilə “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir

26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ...