Layihənin əsas məqsədi Tacikistan Maliyyə Nazirliyinin əməliyyat davamlılığını və məlumat təhlükəsizliyini gücləndirmək üçün etibarlı Ehtiyat Məlumat Mərkəzinin qurulması idi. Nazirlik, kritik maliyyə sistemlərinin qorunması və əsas məlumat mərkəzində baş verə biləcək nasazlıq və ya fövqəladə hallarda məlumatlara fasiləsiz çıxışın təmin olunması üçün təhlükəsiz və miqyaslana bilən bir həllə ehtiyac duyurdu.
Biz server, saxlanc sistemləri, şəbəkə infrastrukturu, təhlükəsizlik elementləri və ehtiyat enerji sistemləri ilə təchiz olunmuş konteyner tipli, TIER III tələblərinə cavab verən infrastruktur layihələndirib tətbiq etdik.
Bu kompleks həll, nazirliyin missiyasını dəstəkləyir və gözlənilməz fasilələr baş verdiyi hallarda belə milli maliyyə əməliyyatlarının bütövlüyünün qorunmasını təmin edir.
Əməliyyat Davamlılığı və Fövqəladə hallar zamanı sistemin bərpa olunması (Disaster Recovery): TIER III tələblərinə cavab verən ehtiyat məlumat mərkəzi vacib maliyyə sistemlərinə fasiləsiz çıxışı təmin edir, bu da əsas mərkəzdə gözlənilməz nasazlıq və ya kəsinti hallarında belə Nazirliyin fəaliyyətini davam etdirməsinə imkan yaradır.
İnfrastrukturun Dayanıqlığı, Miqyaslanması və Mobil olması:
Konteyner tipli, “all-in-one” formatlı bu həll server, saxlanc sistemləri, şəbəkə infrastrukturu və enerji sistemlərini kompakt modul strukturu daxilində birləşdirir. Bu dizayn yüksək əlçatanlıq və gələcək genişlənmə imkanları ilə yanaşı, infrastrukturun asanlıqla yeni məkana daşınması və ya qısa zamanda yerləşdirilməsi üstünlüyünü də təqdim edir.
Təkmilləşdirilmiş Məlumat Təhlükəsizliyi və Əməliyyat Bütövlüyü:
Həllə inkişaf etmiş kiber və fiziki təhlükəsizlik komponentləri, o cümlədən girişə nəzarət sistemləri və CCTV videomüşahidə daxildir. Bu, uzaq məkanda təhlükəsizliyin təmin olunmasına və həssas maliyyə məlumatlarının qorunmasına zəmanət verir, əməliyyatların isə maksimum etibarlılıq, şəffaflıq və uyğunluq çərçivəsində aparılmasını təmin edir.