IT Satış Təmsilçisi

Vəzifə öhdəlikləri


Müştəriləri satış mərkəzində qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və həllər təklif etmək;

Müştəriləri Şirkətin məhsul və xidmətləri ilə tanış etmək, məhsulların əsas texniki xüsusiyyətləri və istifadə imkanları barədə məlumat vermək;

İT məhsullarının (kompüterlər, noutbuklar, monitorlar, printerlər, aksesuarlar və digər avadanlıqlar) satışı üzrə müştərilərə məsləhət xidməti göstərmək;

Müştərilərin büdcə və tələblərinə uyğun məhsulları seçmək, alternativ məhsulları müqayisə etmək və satışın həyata keçirilməsini təmin etmək;

Satış əməliyyatlarını düzgün və vaxtında rəsmiləşdirmək, müştəri sifarişlərini, hesabları və müvafiq satış sənədlərini hazırlamaq;

Məhsulların anbardan sifariş edilməsi, mağazaya gətirilməsi və müştəriyə təhvil verilməsi proseslərini həyata keçirmək və izləmək;

1C proqramında məhsul qalıqlarına nəzarət etmək, ehtiyatı azalan və ya mövcud olmayan məhsulların vaxtında sifariş edilməsi üçün müvafiq tədbirlər görmək və anbarla koordinasiyanı təmin etmək;

Satış, sifariş və məhsul qalıqları üzrə məlumatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək;

Korporativ müştərilərdən daxil olan sorğuların ilkin emalında, məhsul siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;

Korporativ satış şöbəsinə müştəri sorğuları, məhsulların qiymətləri, mövcudluğu və çatdırılma müddətləri barədə məlumatların təqdim edilməsində dəstək göstərmək;

Tender və kotirovka sorğuları üzrə tələb olunan məhsulların müəyyənləşdirilməsində və kommersiya təkliflərinin hazırlanması üçün məlumatların toplanmasında iştirak etmək;

Müştəri xidmətinin keyfiyyət standartlarına və korporativ davranış qaydalarına riayət etmək;

Şirkəti yüksək səviyyədə təmsil etmək, onun imicini və işgüzar nüfuzunu qorumaq;

Müəyyən edilmiş satış planlarının və fəaliyyət göstəricilərinin yerinə yetirilməsini təmin etmək;

İşçilər üçün təşkil olunan təlimlərdə iştirak etmək, məhsullar və satış prosesləri üzrə biliklərini mütəmadi artırmaq;

İş yerinin səliqəsini və şəxsi görünüşünə dair korporativ tələblərə riayət etmək.

Davranış bacarıqları


Vaxtın idarə edilməsi;

Komandada işləmək bacarığı;

Ünsiyyətcillik və çeviklik;

Müştəriyönümlülük və müsbət münasibət;

Güclü iş etikası və məsuliyyətlilik;

Danışıqlar aparmaq bacarığı;

Münaqişələrin həlli və çətin müştərilərlə işləmək bacarığı;

Diqqətlilik və məlumatlarla düzgün işləmək bacarığı.

Xüsusi tələblər


Təhsil:


Biznes, iqtisadiyyat, marketinq, menecment və ya İT sahələri üzrə ali təhsil arzuolunandır;

Orta ixtisas təhsili olan namizədlər də nəzərdən keçirilə bilər.

Təcrübə:


İT məhsullarının satışı sahəsində minimum 2 il iş təcrübəsi;

Korporativ müştərilərlə iş və B2B satışları üzrə təcrübə üstünlükdür;

Kompüter bacarıqları:


MS Excel, Word və Outlook proqramlarından istifadə bacarığı;

1C proqramında işləmək bacarığı; 1C üzrə iş təcrübəsi üstünlükdür;

Texniki biliklər:


Kompüterlər, noutbuklar, monitorlar, printerlər və digər İT məhsulları haqqında baza bilikləri;

Məhsulların əsas texniki xüsusiyyətlərini anlamaq və müqayisə etmək bacarığı.

Dil bilikləri:


Azərbaycan dili – əla səviyyədə;

Rus dili – yaxşı səviyyədə;

İngilis dili – arzuolunandır.

Komandamıza qoşulun

Formu doldurun və biz sizinlə əlaqə saxlayacağıq

Xahiş edirik CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)
BestComp Group | IT Satış Təmsilçisi