AZ
Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində keçirilən şahmat turniri gəncləri sağlam rəqabət və intellektual mübarizə ətrafında bir araya gətirib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Bestcomp Group-un tərəfdaşlığı ilə baş tutan turnirin qalibi Niderlanddan olan Murad Abdulla olub. Yarışda fərqlənən iştirakçılara Bestcomp Group tərəfindən mükafatlar təqdim edilib.
Çünki düzgün strategiya yalnız şahmat taxtasında deyil, gələcəyin qurulmasında da mühüm rol oynayır.
Bestcomp Group gənclərin analitik düşüncə və qərarvermə bacarıqlarını inkişaf etdirən təşəbbüslərin yanında olmağa davam edir.