AZ
Rəqəmsal iqtisadiyyatın inkişafı texnologiyadan daha çox koordinasiya məsələsidir. Dövlət, biznes və innovasiya ekosisteminin eyni prioritetlər ətrafında formalaşdırdığı dialoq gələcək inkişafın istiqamətlərini müəyyən edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi ictimai dinləmədə məhz bu istiqamətlər müzakirə olundu. Tədbirdə rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlar, innovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi ilə bağlı prioritetlər təqdim edildi. Eyni zamanda süni intellektin dövlət idarəçiliyində və ictimai xidmətlərdə tətbiqinə dair Fəaliyyət Planı haqqında məlumat verildi.
Bestcomp Group-u tədbirdə Baş İcraçı Direktor Fərid Həsənov təmsil etdi.
Ölkənin rəqəmsal gündəliyinin formalaşmasına yönəlmiş bu müzakirələr bazarın iştirakçıları üçün də mühüm istinad nöqtəsidir.
Bestcomp Group olaraq bu transformasiyanın həyata keçirilməsi üçün dövlət və özəl sektorun etibarlı əməkdaşlığını dəstəkləyən təşəbbüslərdə aktiv iştirak etməyə davam edirik.