AZ
Biznesdə çap keyfiyyəti təkcə sənədin görünüşünü deyil, avadanlığın etibarlılığını və ümumi əməliyyat səmərəliliyini də müəyyən edir.
Məhz bu mövzuları müzakirə etmək üçün sifarişçilərimizlə birlikdə HP Innovation Session tədbirində bir araya gəldik.
Tədbir zamanı HP-nin orijinal sərfiyyat materiallarının üstünlükləri, onların çap keyfiyyətinə, avadanlıqların istismar müddətinə və biznes proseslərinin optimallaşdırılmasına verdiyi töhfələr haqqında fikir mübadiləsi apardıq.
Ən dəyərli hissə isə iştirakçılarımızla real təcrübələri paylaşmaq, sualları birlikdə müzakirə etmək və müxtəlif yanaşmaları dinləmək oldu.
Tədbirdə iştirak edən bütün qonaqlarımıza təşəkkür edirik. Yeni mövzular və yeni görüşlərdə yenidən bir araya gəlmək ümidi ilə.