13 Noyabr 2025

“Silk Road Business Cooperation Forum”-da iştirak etdik

Bestcomp Group-un Baş icraçı direktorun müavini Xəlil Ələkbərov Özbəkistanda təşkil olunan “Silk Road Business Cooperation Forum 2025” tədbirində şirkətimizi təmsil edib.

Maliyyə, Fintex, İT, Süni İntellekt və Elektron Ticarət mövzularına həsr olunmuş panel sessiyaları regionun aparıcı biznes liderlərini bir araya gətirərək qarşılıqlı müzakirələr üçün mühüm platforma yaradıb.


Forumda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan 300-dən artıq dövlət qurumu, ticarət-sənaye palataları, iri şirkətlər və özəl sektor nümayəndələri iştirak edib.


Tədbirin əsas məqsədləri aşağıdakılar olub:

- Regional iqtisadi inteqrasiyanın gücləndirilməsi

- Ticarət əlaqələrinin genişləndirilməsi

- Biznes icmaları arasında birbaşa əməkdaşlığın təşviqi

Səfər çərçivəsində Özbəkistan Menecerlər Assosiasiyasının sədri və Ticarət-Sənaye Palatasının baş müşaviri Dr. Shaykhov Alisher ilə məhsuldar görüş keçirilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini, sahibkarlıq mühitinin inkişafı və yeni biznes təşəbbüslərinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Bu forum Bestcomp Group-un Mərkəzi Asiya regionunda fəaliyyətinin genişlənməsi, yeni tərəfdaşlıqların qurulması və uzunmüddətli strateji mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılmış daha bir vacib addım kimi qiymətləndirilir.