12 Mart 2026

İnnovasiyanın sürətini yerində izlədik. Fortinet Accelerate ’26

Las Veqas yenidən qlobal texnologiya və kibertəhlükəsizlik icmasının görüş nöqtəsinə çevrildi. Fortinet Accelerate 2026 tədbiri dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssisləri və təhlükəsizlik üzrə ekspertləri bir araya gətirdi.


Tədbirin əsas mesajı aydın idi:

Müasir dövrdə kibertəhlükəsizlik artıq yalnız müdafiə etməkdən ibarət deyil. Bu günün dünyasında kibertəhlükəsizlik, süni intellekt və inteqrasiya olunmuş təhlükəsizlik arxitekturaları ilə gücləndirilmiş dayanıqlı rəqəmsal ekosistemlərin qurulması deməkdir.


Bestcomp Group tədbirdə Baş İcraçı Direktorun müavini və Kommersiya üzrə Baş Müdir Xəlil Ələkbərov tərəfindən təmsil olundu. Tədbir çərçivəsində o, qlobal tərəfdaşlar və bu sahə üzrə ekspertləri ilə birlikdə kibertəhlükəsizlik innovasiyalarının növbəti mərhələsini müzakirə etdi.