14 May 2026

Lenovo ilə innovasiya və texnologiyanın sabahını müzakirə etdik

Bestcomp Group olaraq 14 may tarixində Lenovo ilə birgə "Built for What's Next" ana mesajı ilə tədbir təşkil etdik.


Tədbir çərçivəsində korporativ İT həlləri, müasir texnologiya trendləri, kibertəhlükəsizlik, data mərkəzi infrastrukturu və rəqəmsal transformasiya istiqamətində innovativ yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparıldı. İştirakçılar həmçinin Lenovo-nun ən son texnoloji həlləri və bizneslər üçün təqdim etdiyi yeni imkanlarla yaxından tanış oldular.


Bu cür tədbirlər tərəfdaşlar, mütəxəssislər və sektor nümayəndələri arasında təcrübə paylaşımının gücləndirilməsi, yeni əməkdaşlıqların qurulması və texnologiya sahəsində inkişafın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.


Bestcomp Group olaraq əsas hədəfimiz müştərilərimizə ən müasir, təhlükəsiz və dayanıqlı İT həllərini təqdim etmək, texnologiyanın imkanlarını bizneslərin inkişafına yönəltməkdir. Lenovo ilə birgə keçirilən bu görüş də qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi və gələcək layihələr üçün yeni perspektivlərin formalaşması baxımından dəyərli oldu.