AZ
Bestcomp Group Naxçıvanda keçirilən “Rəqəmsal liderlik” tədbirinin rəsmi tərəfdaşı oldu.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və Bestcomp Group şirkətinin tərəfdaşlığı ilə Naxçıvan şəhərində keçirilən tədbir 45 dövlət qurumunu təmsil edən 70-ə yaxın İT rəhbər şəxsi bir araya gətirdi. Görüş çərçivəsində ölkəmizin rəqəmsal inkişaf gündəmində yer alan əsas istiqamətlər üzrə təqdimatlar keçirildi.
Tədbir zamanı Bestcomp Group-un Məhsul İdarəetmə və İnkişaf şöbəsinin rəhbəri Emin Asgarsoy şirkətin ölkəmizin rəqəmsal transformasiyasına verdiyi töhfələrdən və icra olunan layihələrdən bəhs etdi. O, həmçinin Bestcomp Group tərəfindən hazırlanmış və hazırda onlarla dövlət və özəl qurumda uğurla tətbiq edilən “AzDoc” Elektron Sənəd Dövriyyəsi sistemini tədbir iştirakçılarına təqdim etdi.
Səmərəli müzakirələr və dəyərli fikirləri ilə tədbirə töhfə verən bütün həmkarlarımıza təşəkkürümüzü bildiririk.