AZ

Elm və Təhsil Nazirliyi və Bestcomp Group-un dəstəyi ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirildi.
STEAM — elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən müasir təhsil modelidir. Bu yanaşma şagirdlərdə yaradıcılıq, tənqidi düşüncə, problem həll etmə və innovasiya bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Festival çərçivəsində 20-dən çox ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert 18 yarış kateqoriyası üzrə mübarizə apardı.
Yarış istiqamətləri robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, innovativ mühəndislik layihələri və rəqəmsal incəsənəti əhatə edirdi.
Bestcomp Group-un baş icraçı direktoru Fərid Həsənov festivalın bağlanış mərasimində iştirak edərək qaliblərə mükafatları təqdim etdi.
Bestcomp Group olaraq, təhsil ekosisteminin inkişafı və gənclərin texnoloji biliklərinin artırılması istiqamətində layihələrin dəstəklənməsini prioritet istiqamət hesab edirik.