7 Fevral 2026

Cisco Live 2026 tədbirində iştirak etdik

Yeniliklərin arxasınca Cisco Live tədbirinə, Amsterdam şəhərinə qədər getdik.

Bu dəfə isə tək deyildik. Komandamızla yanaşı, sifarişçilərimiz də bizimlə idi. Eyni sessiyalarda iştirak etdik, eyni mövzuları müzakirə etdik, gələcəyin şəbəkə və təhlükəsizlik yanaşmalarına birlikdə baxdıq.

Cisco-nun tərəfdaşı olmaq bizim üçün vacibdir. Bu, güclü texnoloji ekosistemə çıxış, qlobal təcrübə və innovativ həllərlə işləmək imkanı deməkdir.

Lakin bizim üçün daha önəmli olan birlikdə çalışdığımız təşkilatlarla etibarlı və uzunmüddətli münasibətlər qurmaqdır.

Çünki texnologiya dəyişir, platformalar yenilənir, trendlər formalaşır, etimad və tərəfdaşlıq isə sabit qalır.

-----