3 Fevral 2026

ODUN.ONE məhsulunun təqdimatında çıxış etdik

Strateji tərəfdaşlıq. Yeni mərhələ.

Bu yaxınlarda strateji tərəfdaşımız 31Concept şirkətinin məhsul təqdimatında iştirak etdik.

Təqdim olunan ODUN.ONE — şifrələnmiş və böyük həcmli məlumat mühitində işləmək üçün nəzərdə tutulmuş, şəbəkə trafiki analizi və kiberkəşfiyyat sahəsində süni intellekt əsaslı yeni nəsil platformadır.

Yeni yanaşma

Müasir internet mühitində görünməyən riskləri aşkar etmək üçün klassik alətlər kifayət etmir. ODUN.ONE məhz bu boşluğu doldurmağa yönəlib.

Tədbirdə Bestcomp Group-un Müşahidə Şurasının sədri Rauf Həsənov çıxış edərək fikirlərini bölüşüb: “Biz bu komandaya və bu texnologiyaya ilk gündən inanmışıq. ODUN.ONE rəqəmsal infrastrukturun yeni istiqamətini formalaşdırır və məlumatların, telekommunikasiya şəbəkələrinin qorunmasına yanaşmanı dəyişmək potensialına malikdir. İnanırıq ki, bu platforma inkişaf edərək şəbəkə analitikası və intellektual mühafizənin gələcəyini formalaşdıracaq.”

31Concept komandasını bu mühüm mərhələ münasibətilə təbrik edirik.