24 Fevral 2026

Vertiv ilə əməkdaşlığımız Diamond statusuna yüksəldi

Vertiv ilə əməkdaşlığımız Diamond statusuna yüksəldi

Strateji mərhələ. Daha güclü infrastruktur imkanları.

Böyük məmnuniyyətlə bildiririk ki, Vertiv ilə tərəfdaşlığımız Diamond tərəfdaş statusuna yüksəlmişdir. Vertiv, data mərkəzləri, rabitə şəbəkələri və sənaye obyektləri üçün enerji idarəetməsi, kritik rəqəmsal infrastruktur texnologiyaları, soyutma və İT idarəetmə sistemlərini təmin edən qlobal bir şirkətdir.

Fasiləsiz xidmətlərin təşkilatların etibarına birbaşa olaraq təsir etdiyi bugünün dünyasında bu tərəfdaşlığın nə qədər önəmli olduğu bariz görünür. Diamond statusu bizə kritik infrastruktur həlləri sahəsində müştərilərimzə daha dərin texniki dəstək və daha yüksək əlavə dəyər təqdim etmək imkanı yaradacaq.

Komandamıza göstərdiyi peşəkarlığa görə təşəkkür edir, bizə etibar edən tərəfdaşlarımıza və sifarişçilərimizə minnətdarlığımızı bildiririk.