2 Dekabr 2025

Hewlett Packard Enterprise Partner Marketing Exchange tədbirində iştirak etdik

Hewlett Packard Enterprise Partner Marketing Exchange tədbirində iştirak etdik

2 dekabrd HPE-nin Barselona ofisində keçirilən HPE EMEA Partner Marketing Exchange tədbirində sənayenin aparıcı marketinq liderləri ilə bir araya gəldik.

Bestcomp Group-u təmsil edən Marketinq Departamentinin rəhbəri Cəmilə Əmiraslanova tərəfdaşlıq əsaslı marketinqin biznesin inkişafını sürətləndirməsi, ekosistemləri gücləndirməsi və region üzrə təşkilatlara daha ağıllı nəticələr qazandırması mövzusunda strateji müzakirələrdə iştirak etdi.

Gələcəyə yönəlmiş sifarişçi yönümlü strategiyalarından tutmuş süni intellekt əsaslı marketinqə qədər bütün panel müzakirələri bir məqamı ön plana çıxardı: gələcək yeniliklərə açıq olanlarladır.

Tədbir çərçivəsində

David Head — Global VP, Partner Marketing

Laura Seymour — VP, Global Partner Marketing

Anna Rawska-Kupczyńska — Regional Marketing Director, CEE & Turkey

və digər dəyərli spikerlərlə tanış olduq.

HPE ilə birlikdə biz dəyər yaradan və texnologiyanın gələcəyini artıq bu gün gerçəkləşdirən təcrübələr qurmağa davam edirik.