AZ
Las Veqasda keçirilən HPE Discover 2026 tədbiri bir daha göstərdi ki, IT infrastrukturunun gələcəyi süni intellekt, hibrid bulud və sadələşdirilmiş idarəetmə üzərində qurulur.
Bestcomp Group komandası olaraq tədbirdə təqdim olunan yeni texnologiyalar, bazar trendləri və ekspert baxışları ilə yaxından tanış olduq. Bu cür tədbirlər texnologiyanın hansı istiqamətdə inkişaf etdiyini anlamaq və müştərilərimizin gələcək ehtiyaclarını daha düzgün qiymətləndirmək üçün mühüm imkan yaradır.